Xəbər verdiyimiz kimi, bu gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
AzadMedia.az xəbər verir ki, qazilərdən biri qapının açılmasını tələb edib. Daha sonra o, nazirliyin giriş qapısını təpiklə sındırıb.
Bundan sonra qazinin ürəyi gedib.
Ağarza Elçinoğlu
xxx
12:23
Bu gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
AzadMedia.az xəbər verir ki, onlar nazirliyin binasına daxil olaraq etirazlarını bildiriblər.
İlkin məlumata görə, qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayətçidirlər.