AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında etiraz aksiyası

  • + A
  • - A
  • 3-12-2021, 13:02




    Hazırda bir qrup vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirir.

    Bununla bağlı Azadmedia.az-a açıqlama verən nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, şikayətlərin bir çoxu qurumun fəaliyyət istiqamətlərinə aid deyil:

    “ƏƏSMN-nin binası qarşısında hazırda bir qrup vətəndaş öz şikayət və etirazlarını, tələblərini nazirliyin əməkdaşlarına bildirirlər. Sözügedən tələb və şikayətlərin böyük əksəriyyəti ƏƏSMN-in fəaliyyət istiqamətlərinə daxil deyil. Lakin istisnasız olaraq bütün vətəndaşların şikayət və tələbləri dinlənilir, qeydiyyatlar aparılır. Nazirliyin səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı müəyyən addımlar atılır, daxil olmayan məsələlərlə bağlı isə vətəndaşlar müvafiq qurumlara yönləndirilir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR