AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid anasını söyən müəllim həbs edilib

  • + A
  • - A
  • 11-06-2022, 17:18

    Şəhid anasını söyən müəllim həbs edilib


    Beyləqan rayonunda şəhid anasını söyən müəllim həbs edilib.

    Azadmedia.az Bizim.Media-ya istinadən xəbər verir ki, rayonun Qəhrəmanlı kəndində yaşayan şəhid Emin Məmmədovun anası Səbinə Cəfərovanı ağır söyüşlərlə təhqir edən müəllim ötən gün Beyləqan Rayon Məhkəməsinin qərarı ilə 7 gün azadlıqdan məhrum edilib.

    Həbs edilən şəxs Turan Bəhmən oğlu Hətəmov əslən Füzuli rayonundandır.

    O, Beyləqanın Qəhrəmanlı kəndində yerləşən Füzuli rayonu 16 saylı məktəbdə informatika müəllimi işləyir.

    Onu da qeyd edək ki, məhkəmə prosesi zamanı Turan Hətəmov psixoloji problemləri olduğunu, həmçinin bu səbəbdən tez-tez psixotrop həblər qəbul etdiyini deyib.

    Xatırladaq ki, şəhid anası ilə müəllim arasında mübahisə şəhidin xatirə lövhəsinin ətrafının çirkləndirilməsi ilə bağlı olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR