AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan qlobal sülh və əmin-amanlığa töhfələr verməyə çalışır

  • + A
  • - A
  • 17-06-2022, 17:05

    Azərbaycan qlobal sülh və əmin-amanlığa töhfələr verməyə çalışır

    Dünən Azərbaycanın paytaxtında IX Qlobal Bakı Forumu öz işinə başlayıb. Məlum olduğu kimi, forum Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Forumun işində 50-dən artıq ölkədən 260-dan çox qonaq iştirak edir. Onların arasında müxtəlif ölkələrin dövlət və hökumət başçıları, nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər var. Tədbirdə “Qlobal dünya nizamına təhdidlər” mövzusun­da müzakirələr aparılıb. Tədbir iyunun 18-dək davam edəcək.

    Forumla bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı İqbal Məmmədov bildirdi:

    – Dünən Bakıda işə baş­layan IX Qlobal Bakı Forumu burada iştirak edənlər üçün çox mühüm beynəlxalq əhəmiyyətli tədbir kimi uzun müddət yaddaş­larda qalacaq. Dünyanın həssas və narahat bir dönəmində Azərbaycanın belə mötəbər bir foruma evsahibliyi etməsi ölkəmizin və onun liderinin beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasından xəbər verir.

    Maraqlıdır ki, Azərbaycan rəhbərliyi qonaqları dəvət edərkən çox yaxşı seçim edib, dünyanın bütün regionları nəzərə alınıb. Biz burada plane­timizin ən müxtəlif guşələrindən gəlmiş tanınmış simalarla - siyasətçilər, diplomatlar, media nümayəndələri və beynəlxalq təşkilatları təmsil edən şəxslərlə tanış oluruq. Forumda Avropa, Asiya, Afrika, Amerika kimi qitələrin nümayəndələri təmsil olunur. Eyni zamanda, iştirakçı­lar qlobal problemlər ətrafında dərdləşmək, fikir müdadiləsi aparmaq, hazırda dünyanı narahat edən müharibə və münaqişlərə açar tapmaq imkan qazanmız olurlar.

    Təbii ki, ən maraqlı və əhatəli çıxış Azərbaycan Pre­zidenti İlham Əliyev tərəfindən edildi. Bu çıxışda böyüklü-kiçikli bütün qlobal problemlərə toxunuldu. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan öz regionunda mühüm sabitləşdirici amil rolunu oynayır və ölkənin təşəbbüsləri regional əməkdaşlığa və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə istiqamətlənib. Bununla belə, qonşu ölkələrdə baş verən hadisələr də Azərbaycanda böyük narahatlıqla izlənilir.

    Onun sözlərinə görə, dünyada hələ də çağırışlar, müharibələr, münaqişələr, miqrant böhranları mövcuddur və bütün bunlar böyük huma­nitar faciədir. Bu böhranların real səbəbi ölkələrin daxili işlərinə xarici siyasi və hərbi müdaxilələrdir.

    Prezident İlham Əliyev bildir­di ki, Azərbaycan da təxminən 30 il əvvəl Ermənistanın təcavüzü ilə üzləşmişdi. Ölkəmiz uzun müddət bu münaqişəni sülh yolu ilə həll etmək istəyib. Lakin bütün cəhdlər Ermənistan tərəfindən pozulub. Nəhayət, 2020-ci ilin payızında ölkəmiz BMT qətnamələrini əldə rəhbər tuta­raq özünün ərazi bütövlüyünü təmin edib. 44 günlük Vətən müharibəsində Ermənistan ordusu darmadağın edilərək ölkəmizdən qovulub. Hazırda işğaldan azad edilmiş rayonlar böyük tikinti-quruculuq meydanına çevrilib.

    “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olun­muş forumda qlobal dünya ni­zamını təhdid edən problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyi sahəsində yaranmış təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteq­rasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsul­luğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiya­sı kimi mühüm mövzularda səmərəli müzakirələr aparıl­dı. İnanırıq ki, Azərbaycanın qlobal sülh və əmin-amanlıq istiqamətində atdığı inamlı addımlar öz bəhrəsini verəcək, nəhayət, dünyada müharibə və münaqişlərə son qoyulacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR