Masallıda 26 iyun Silahlı Qüvələr Günü ilə bağlı “Qalib Ordu” mövzusunda tədbir təşkil edilib.
Azadmedia.az - 22 iyun 2022-ci il tarixdə Masallı rayon Tarix -Diyarşünaslıq Muzeyində Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı rayon Tarix -Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 26 iyun Azərbaycan Silahlı Qüvələri Günü ilə bağlı “Qalib Ordu” mövzusunda tədbir keçirilib.
Belə ki, tədbirdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev , Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev ,Masallı rayon Gənclər və İdman İdarəsi Sabiq Cahangirov və İdarənin əməkdaşları, Masallı rayon Tarix -Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və Muzeyin əməkdaşları, Masallı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının (MƏSQVŞ) sədri Məmmədağa Şiriyev, Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri Cəmaləddin Məmmədov, Masallı rayon “Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov və müəssisənin əməkdaşları, Masallı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Salman Yunusov, şəhid ailələri, I və II Qarabağ müharibəsi iştirakçıları, ”ASAN Xidmət” in könüllüləri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva ilk olaraq 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, Vətən naminə müqəddəs və şərəfli xidmətlərinə görə vətənin keşiyində duran hər bir fədakar əsgərimizə uğurlar arzulayıb.
Veteranlar Şurasının sədri Məmmədağa Şiriyev, YAP masallı rayon təşkilatını sədri Seyfəddin Əliyev , Masallı rayon Gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov çıxışlarında bu gün qəhrəmanlarımız sayəsində Silahlı Qüvvələr Gününü şövq və sevinclə qeyd etdiklərini söylədilər. Natiqlər Ali Baş Komandanın qeyd etdiyi kimi, Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artıb, Azərbaycan əsgəri, gizir və zabitləri vətənə ləyaqətlə xidmət edirlər, öz vətəninə sadiqdirlər fikri altında özlərinin də vətənə olan borclarını hər zaman yerinə yetirməyə hazır olduqlarını söyləyiblər.
Daha sonra I və II Qarabağ veteranı Cəmaləddin Məmmədov, Vətən müharibəsi iştirakçıları Talıb Qəzənfərli, Vüsal Əliyev bir Azərbaycan ordusunun mərd əsgəri olaraq əminliklə bildiriblərki, Silahlı Qüvvələrimizin şəxsi heyyəti bundan sonra da xalqımızın, dövlətimizin ehtimadını şərəflə doğruldacaqlar.
Vətən müharibəsi iştirakçıları təşkilatçılar tərəfindən Silahlı Qüvvələr Günü münasibətilə “Fəxri Fərmanla” təltif ediliblər.
Tədbirin sonunda iştirakçılar muzeyin ekspozisiya zalında 26 İyun Silahlı Qüvvələr günü ilə bağlı təşkil olunmuş sərgiyə baxış keçirərək xatirə şəkilləri çəkiblər.
Ülkər Piriyeva