AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Aprel qəhrəmanları” adlı tədbir keçirilib

  • + A
  • - A
  • 8-04-2022, 12:57

    Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Aprel qəhrəmanları” adlı tədbir keçirilib

    Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Aprel qəhrəmanları” adlı tədbir keçirilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Masallı Tarix -Diyarşünaslıq Muzeyi Masallı şəhər 6 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə Aprel döyüşləri çərçivəsində “Aprel qəhrəmanları” adlı tədbir keçirildi.
    Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Muzeyin direktoru Əntiqə Tağıyeva şagirdlərə Azərbaycan ordusunun qələbəsi ilə bitən 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimizin təcavüzkar Ermənistan ordusuna endirdiyi ağır zərbədən danışaraq, qısa müddət ərzində qazandığımız qələbədən geniş məlumatlar verib.

    Sonra tədbir iştirakçıları muzeyin ekspozisiya zalında vətən qəhrəmanlarına həsr olunan guşə ilə tanış olublar.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR