Azadmedia.az - 01 iyul 2022- ci il tarixdə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında 2021/2022-ci tədris ilinin yekunlarına həsr edilmiş təhsildə xüsusi nailiyyətlər qazanmış və gimnaziyanın ictimai-sosial həyatında fəal iştirak edən şagirdlərin və Gimnaziyanın ictimai-sosial həyatında və mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirakına görə valideynlərin təltifedilmə mərasimi keçirilib.
Belə ki tədbirdə, direktor İlqar Talıblı, müavinlər Günel Vahabzadə, Leyla Hacıyeva, Yasin Cəbizadə müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
İlk öncə Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra torpaqlarımızın azad olunması uğurunda canlarından keçən qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gimnaziyanın direktoru İlqar Talıblı çıxışında, təltif ediləcək şagirdləri və valideynləri təbrik edib, həm pedaqoji heyətə, həm də valideynlərə iş fəaliyyətlərində, şagirdlərə növbəti dərs ilində uğurlar arzulayıb.
Təltifetmə mərasimi başlayıb.
Respublika Fənn Olimpiadasında, Məktəblilərarası Fənn Müsabiqəsində, Lütfi Zadə adına Məntiq Olimpiadasında, SAF STEAM müsabiqəsində, məktəblilərarası onlayn Fibonacci intellektual yarışlarında, SASMO, KENKEN Beynəlxalq riyaziyyat və məntiq olimpiadalarında , Təbiət fənləri aylığı çərçivəsində keçirilən Elm Festivalında, Şagird İctimai özünüidarə təşkilatında, gimnaziyanın həyatında ictimai-sosial fəaliyyətlərdə uğur qazanan, fəal iştirak edən istedadlı şagirdlərin hamısı Diplom, Təşəkkürnamə, Təltifnamə, Fəxri Fərman ilə təltif edilib, qiymətli hədiyyələr təqdim edilib. Eyni zamanda, Gimnaziyanın ictimai-sosial həyatında və mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirakına görə bir qrup valideyn təşəkkürnamə ilə təltif edilib.
Mərasimdə çıxış edən şagirdlər və valideynlər də, onlar üçün bu cür imkanı yaratdığına görə gimnaziya rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda direktor İ.Talıblı çıxış edərək əməyi keçənlərə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, ötən günlərdə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında fəaliyyət göstərən “Kiçik Akademiya”nın II Şagird Elmi Konfransı keçirilmişdi.