AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında fəaliyyət göstərən “Kiçik Akademiya”nın II Şagird Elmi Konfransı keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 22-06-2022, 08:00

    S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında fəaliyyət göstərən “Kiçik Akademiya”nın II Şagird Elmi Konfransı keçirilib - FOTOLAR

    21 iyun 2022 ci il tarixdə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında fəaliyyət göstərən “Kiçik Akademiya”nın II Şagird Elmi Konfransı keçirilib.

    Azadmedia.az xəbər verir ki, konfransda Gimnaziyanın direktoru İlqar Talıblı, I müavini Günel Vahabzadə, gimnaziyanın pedaqoji kollektivi, Milli Elmlər Akademiyasının Elmi Tədqiqat İnstitutlarından - Dr. Sübhan Talıblı, Dr. Suma Hüseynova və başqaları, Ali təhsil müəssisələrinin yüksək ixtisaslı əməkdaşları və media nümayəndələri iştirak ediblər.

    Gimnaziyanın direktoru İlqar Talıblı çıxışında - “Gimnaziyanın strategiyası cəmiyyətimizin mənəvi inkişafına, xalqımızın rifahının artırılmasına və dövlətimizin qüdrətinin möhkəmlənməsinə öz töhfəsini verə biləcək “YARADICI NƏSİL” tərbiyə etməkdən ibarətdir. Bu strategiyanın həyata keçirilməsi məktəbin pedaqoji kollektivi qarşısında fəal, təşəbbüskar, qeyri-standart düşüncəyə və dərin təxəyyülə malik, daim dəyişən dünyada sərbəst yaşamağı, cəmiyyətdə düzgün yaşam səmtini tapmağı, ən əsası öz yaradıcı potensialını tətbiq etməyi bacaran istedadlı şagirdlər yetişdirmək kimi taktiki vəzifə qoyur. Bunun üçün şagirdlərin elmin bu və ya digər istiqamətinə marağından asılı olaraq onların könüllü iştirakını nəzərdə tutan əlavə təhsil fəaliyyətini həyat keçirmək zəruriləşir. Kiçik Akademiya bu vəzifəni həyata keçirən qurum kimi təhsilin keyfiyyətinin artırılmasının təsirli vasitəsinə çevrilir.”, – deyə bildirib.

    İ.Talıblı həmçinin “Kiçik Akademiya”nın II Şagird Elmi Konfransının əhəmiyyətindən danışıb. Qeyd edib ki, konfransın keçirilməsi şagirdlərin elmi biliklərinin artırılması və yeni elmi biliklərin əldə olunması, həmçinin yaradıcılıq qabiliyyətlərinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. O, həmçinin vurğulayıb ki, konfransın keçirilməsi tədris olunan fənnlər üzrə hər bir şagird üçün yeni-yeni araşdırmaların aparılması, təcrübələrin qazanılması üçün əlverişli imkanlar verir. Belə imkanlardan istifadə etməklə şagirdlər gələcək elmi fəaliyyətlərində daha təqdirəlayiq nəticələr əldə edə və daha böyük uğurlar qazana biləcəklər. Eyni zamanda bildirib ki, Gənclərimiz müasir, müstəqil Azərbaycan dövlətimiz üçün, Vətənimiz üçün daha faydalı vətəndaş kimi formalaşması qarşıya qoyulan əsas məqsədlərdən biridir. O, sonda konfransın işinə uğurlar arzu edib.


    Nəzərinizə çatdıraq ki, builki Konfrans “Şuşa ili”nə həsr edilib.

    Belə ki, cari ildə Kiçik Akademiyaya 85 elmi iş seminarlarda qəbul edilib və 58 iş Kiçik Akademiyanın II konfransına təqdim edilib.

    Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Tədqiqat İnstitutlarının, Ali təhsil müəssisələrinin yüksək ixtisaslı əməkdaşlarının üzv olaraq yer aldıqları Jüri tərəfindən şagirdlərin işləri dinlənilib, qiymətləndirmə meyarlarına uyğun olaraq qalib şagirdlər müəyyənləşdirilib.

    Direktor İlqar Talıblı konfransda şagirdlərin təqdim etdiyi mövzuların aktuallığından söhbət açaraq, qalib şagirdləri təbrik edib.

    Əməyi keçənlərə və qiymətləndirməni aparan Jüri heyətinə təşəkkürünü bildirib.


    Yekunda qaliblərə Diplom və medallarla təltif edilməklə bərabər, onlara qiymətli hədiyyələr, digər iştirakçılara isə sertifikatlar təqdim edilib.

    Konfrans “Kiçik Akademiya”nın sədrinin çıxışı, gimnaziyanın musiqi müəlliminin pianinoda vətənpərvərlik ruhunda olan musiqilərin, şagirdlərinin ifaları, həmçinin xatirə fotolarının çəkilməsi ilə sona yetib.

    Qeyd edək ki, “Kiçik Akademiya”nın yaradılmasında məqsəd şagirdlərin müxtəlif sahələr üzrə aldıqları biliklərinin təkmilləşdirilməsi, onların elmi idrakın üsulları ilə tanış edilməsi və maraq dairələrinin, dünyagörüşünün inkişafı, tədqiqatçılıq fəaliyyəti üzrə bacarıq və vərdişləri əldə etməsi, eləcə də, elmin müxtəlif sahələri arasında dərin əlaqəni qavraması, ən əsası yaradıcı təfəkkürünün inkişaf etdirilməsidir.

    Qeyd - Bir ölkənin gələcəyi olan şagirdlərin yetişdirilməsi, onların təhsil alması, ehtiyaclarının müəyyənləşdirilməsi ancaq sağlam məktəb-ailə əməkdaşlığı ilə mümkün ola bilər. Eyni zamanda, XXI əsrdə isə tələbə mərkəzli təhsilimizdə şagirdlərin istəklərinin, ehtiyaclarının, maraqlarının və gələcək hədəflərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb etmişdir. Elə qeyd etdiyim bu kiçik ancaq önəmli məqamları mən, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında – İlqar Talıblı müəllimin rəhbərlik etdiyi elm ocağında yüksək səviyyədə gördüm.

    Zamanın bu tələbləri qarşısında yüksək əmək sərf edib, böyük əzmlə çalışan müəllim-şagird kollektivi!

    Bəli fikrimcə, hər hansı bir tələbə və ya tədqiqatçı üçün akademik konfransda iştirak etmək bir çox üstünlüklərə malikdir. Bu üstünlüklərə tədqiqatları bölüşmək, yeni mövzular haqqında öyrənmək və digər tədqiqatçılarla görüşmək daxildir. Nəticə etibarı ilə, konfransa qatılmağı planlaşdırarkən bir az araşdırma aparan şəxs çoxlu faydalı məlumatlar əldə edəcək, ən önəmlisi isə, özünü daha da inkişaf etdirmək imkanları qazanacaq və dolayısı yolla bunu özü özünə də aşılayacaqdır.

    Həmçinin Konfranslar gənclərə aparıcı tədqiqatçılar və alimlərlə görüşmək və onlarla ünsiyyət qurmaq üçün böyük imkan yaradır. Düşünürəm ki, bu tərz konfranslar təkcə onların təhsilini artırmaq üçün deyil, həm də vacib bir şəbəkə qurmaq imkanıdır.
    Bununla yanaşı, İctimai Natiqlik Bacarıqlarının İnkişafında böyük əhəmiyyətə malikdir.

    Bəli Əziz Tələbələr! Konfranslar təqdimatlardan daha çox şey ifadə edir. Məktəb siz gənclərə əlbəttə ki, vacib təlimatlar təklif edir və aşılayır. Ancaq lazımi araşdırmalar aparmaq, möhkəm plan qurmaq, dostlarınız və tədqiqatçılarla əlaqə saxlamaq sizin öz ixtiyarınızdadır. Bu, konfrans təcrübənizdən gələcəkdə daha böyük uğurlar əldə etməyinizə təkan verəcəkdir!
    Uğurlar!

    Jurnalist-Politoloq Ülkər Piriyeva
































    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR