“Kiçik Akademiya”nın II Şagird Elmi Konfransı keçirilir.
Azadmedia.az xəbər verir ki, 21 iyun 2022 ci il tarixdə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında fəaliyyət göstərən “Kiçik Akademiya”nın II Şagird Elmi Konfransı öz işinə başlayıb.
Belə ki, Konfransda Gimnaziyanın direktoru İlqar Talıblı başda olmaqla, bütün pedaqoji kollektivi, Milli Elmlər Akademiyasının Elmi Tədqiqat İnstitutlarının, Ali təhsil müəssisələrinin yüksək ixtisaslı əməkdaşları və media nümayəndələri iştirak edirlər.
Nəzərinizə çatdıraq ki, builki Konfrans “Şuşa ili”nə həsr edilib.
Konfrans üçün nəzərdə tutulan 85 elmi iş Kiçik Akademiyaya seminarlarda qəbul edilib və 58 iş Kiçik Akademiyanın II konfransına təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Tədqiqat İnstitutlarının, Ali təhsil müəssisələrinin yüksək ixtisaslı əməkdaşlarının üzv olaraq yer aldıqları Jüri tərəfindən şagirdlərin işləri dinləniləcək, qiymətləndirmə meyarlarına uyğun olaraq qalib şagirdlər müəyyən ediləcək.
Azadmedia.az kollektivi konfransın işinə uğurlar arzu edir!