Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT Parlament Assambleyasının plenar iclasında çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili Azərbaycan və Ermənistan arasında münaqişənin bitməsindən sonra regionda Azərbaycanın yaratdığı yeni imkanlardan danışıb.
Öz çıxışında o, Azərbaycanın Avropa Birliyinin enerji təhlükəsizliyində xüsusi rol oynadığını, bu rolun getdikcə artdığını, Ukraynadakı müharibədən sonra Azərbaycandan keçən Orta Koridor – yük daşımalarının əhəmiyyətinin hər gün artdığını qeyd edib.
Eyni zamanda, T.Mirkişili dünyada artıq baş verən istənilən konfliktin enerji, ərzaq və yaşayış tərzində ciddi təsir etdiyini, qiymətləri artırdığına diqqət çəkərək ATƏT PA-nın üzv ölkələrini konflikt situasiyalarda hadisələri qabaqlamağa, ədalət mövqeyi qətiyyətlə nümayiş etdirməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.