AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda şəhid ailələri ilə görüş keçirilib - FOTO

  • + A
  • - A
  • 7-07-2022, 23:14


    Masallıda şəhid ailələri ilə görüş keçirilib - FOTO
    Masallıda şəhid ailələri ilə görüş təşkil olunub.

    Azadmedia.az - Masallı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icmasının təşkilatçılığı ilə Qurban bayramı münasibətilə tədbir keçirilib.

    07 iyul 2022-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov, DQİDK-nin Masallı bölgəsi üzrə əməkdaşları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Görüş iştirakçılarını bayram münasibətilə təbrik edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun, bizə qələbə sevinci yaşadan igid əsgərlərimizin sayəsində bu gün müzəffər dövlət kimi Qurban bayramını qeyd edirik.

    Milli Məclisin üzvləri Məşhur Məmmədov və Anar İsgəndərov, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov ən əziz və müqəddəs Qurban bayramının xeyirxahlıq, həmrəylik və fədakarlıq kimi ali dəyərləri özündə birləşdirən xüsusiyyətlərindən danışıblar.

    Natiqlər Azərbaycanda milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanıldığını, başımızı uca edən şəhidlərimizin ailə üzvlərinə hörmət və ehtiramın daim uca tutulduğunu qeyd ediblər.

    Sonra Vətən müharibəsi şəhidlərinin ailələrinə Qurban bayramı münasibətilə Fond tərəfindən müəyyən edilmiş maddi vəsait həcmində plastik kartlar təqdim olunub.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR