Azadmedia.az - Qurban bayramı İslam dünyası üçün çox önəmli olan iki bayramdan biridir. İnsanlar fədakarlıq edərək Allahın əmrini yerinə yetirir və qulluq şüurunu qoruyurlar. Qurban bayramı müsəlmanlar üçün vacib olan birlik, həmrəylik və yardımlaşma duyğusunun qorunub saxlanmasına kömək edir.
Türkiyəyə ilk dəfə səfər edirsinizsə və türklərin Qurban bayramını necə qeyd etdiklərini öyrənmək istəyirsinizsə, türk xalqının adət-ənənələrini qısaca izah edək.
Bayramın ilk günü insanların çoxu bayram namazından sonra qurban kəsmək və paylamaqla məşğul olduqları üçün qonaqları ziyarətə getmirlər. Ancaq adətən yaxın dostlar, qohumlar, qardaşlar bir araya gələrək qurban kəsirlər. Beləcə onlar ilk gündən bayramı bir-birləri ilə qeyd etmiş olurlar.
Birinci gün bitib ikinci gün başlayandan sonra uzun müddət görüşməyən qohumlar, dostlar görüşüb söhbət edirlər. Kiçiklər böyüklərin əllərindən öpür. Ən önəmli olan isə bayramda bir-birindən küsənlərin barışmasıdır.
Uşaqlar böyüklərdən aldıqları pullarla oyuncaq, şirniyyat almaq üçün mağazalara qaçır, küçələrdə bir-birinə aldıqları bayram hədiyyələri ilə öyünürlər. Böyüklər həyatın axarından uzaqlaşaraq bütün problemlərini bir kənara qoyub sevdikləri ilə vaxt keçirirlər. Hər evdə ət bişirilir, insanlar süfrə arxasında sevdikləri ilə ürəkdən söhbət edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.