AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Ağakişibəyli-Şərəfə kəndlərində ”Mədəniyyət kəndlərdə” layihəsinin daha bir tədbiri reallaşıb - FOTO

  • + A
  • - A
  • 17-07-2022, 14:13

    Masallı rayonu Ağakişibəyli-Şərəfə kəndlərində ”Mədəniyyət kəndlərdə” layihəsinin daha bir tədbiri reallaşıb - FOTO
    Masallı


    ”Mədəniyyət kəndlərdə” - Ağakişibəyli-Şərəfə kəndində...

    Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsinin daha bir tədbiri reallaşıb.

    Masallı rayonu ərazisindəki qədim yaşayış məntəqələrindən olan Ağakişibəyli - Şərəfə kəndlərində təşkil edilmiş tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə,mədəniyyət işçiləri, Ağakişibəyli-Şərəfə və Həsənli kənd məktəbəqədər təhsil müəsisələrinin kollketivləri, şəhid ailələri, kənd ictimaiyyəti iştirak edib.

    Əvvəlcə Ağakişibəyli-Şərəfə kəndində yerləşən “Şəhidlər abidə kompleksi”nin önünə gül dəstələri qoyulub, sonra Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov iştirakçıları salamlayaraq layihənin məqsədlərindən danışıb.

    Tədbir Masallı rayon Mədəniyyət Mərkəzinin incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib. “Halay” və “Həcər” Folklor Kollektivlərinin çıxışları da tədbirə xüsusi rəng qatıb. Eyni zamanda,tədbirdə məktəblilər və məktəbəqədər təhsil müəssisələrinin balaca fidanları tərəfindən rəqslər ifa edilib, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

    Yeniyetmə idmançılar isə nümunəvi idman nömrələri göstəriblər.

    Yekunda tədbirlərdə aktiv iştirak edən mədəniyyət işçiləri və məktəblilərə Masallı Regional Mədəniyyət İdarəsinin “Təşəkkürnamə”ləri təqdim edilib, həmçinin xatirə şəkilləri çəkilib.

    Qeyd edək ki, “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsi kəndlərdəki mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və istedadlı gənclərin aşkar edilərək, dəstəklənməsi məqsədilə keçirilir.

    Ülkər Piriyeva





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR