AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hadı Rəcəbli illər sonra danışdı - Qənaətlə yaşayırıq - VİDEO

  • + A
  • - A
  • 17-07-2022, 17:00

    Hadı Rəcəbli illər sonra danışdı - Qənaətlə yaşayırıq - VİDEO

    Yeni Azərbaycan Partiyasının əfsanə isimlərindən biri olan Hadi Rəcəbli uzun müddət sonra sükutu pozub.

    Musavat.com xəbər verir ki, keçmiş deputat TV Musavata sensasion açıqlamalar verib.

    Saytın əməkdaşı Elşad Paşasoya danışan sabiq millət vəkili gündəmdə olan mövzulara toxunub. O, eyni zamanda hazırda gördüyü işlərdən də danışıb. H.Rəcəbli həmçinin hazırki fəaliyyətindən, istirahətindən, bağında uzun illərdən bəri xanımı ilə bərabər, ərsəyə gətirdiyi gül-çjçəklərdən, meyvə ağaclarından bəhs edib

    Hadı Rəcəbli 30 illik deputat təcrübəsi olan, Prezident Yanında İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasaının professoru, Elmi Şuranın üzvüdür.

    Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.

    Əmək fəaliyyətinə 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə kimi başlayıb. Sonra bu zavodda mühasib, texnoloq, iqtisadçı işləyib.

    1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinskiy raboçiy” qəzetinin xüsusi müxbiri olub.

    Hadi Rəcəbli 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb.

    1981-ci ildən Azərbaycan KP MK-nın Təşkilat-partiya işi şöbəsinin inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib.

    Hadi Rəcəbli 11-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

    Sonuncu dəfə 2015-ci ilin noyabrında 74 saylı Lənkəran kənd seçki dairəsindən Milli Məclisə deputat seçilib, 2020-ci ildə səlahiyyətlərini başa vurub.

    Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisində Əmək və sosial siyasət komitəsinin sədri olmuş H.Rəcəbli Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Çin, İran, Koreya, Serbiya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi.

    Evlidir, dörd övladı var.

    Siyasi elmlər doktoru, professor Hadi Rəcəbli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər kafedrasının professorudur.

    O, həm də Yeni Azərbaycan Partiyasının üzvüdür.

    2007-ci ildə "Şöhrət” ordeni ilə təltif olunmuş sabiq deputat doqquz kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR