AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı şəhərində köhnə yol asfaltlanır.. - FOTO

  • + A
  • - A
  • 30-07-2022, 13:55

    Masallı şəhərində köhnə yol asfaltlanır.. - FOTO


    30 iyul 2022-ci il.
    Köhnə yol asfaltlanır. Masallı şəhərində...

    Azadmedia.az-ın cənub bölgəsi xəbər verir ki, Masallı şəhər “Köhnə bazar istiqaməti arxasının bir hissəsindən “Respublika” bankın arxasında mərkəzi yola birləşənə qədər uzunluğu 260 metr yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi.

    Bu səbəbdən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yolun eni 6 metrə qədər genişləndirilib. Həmin iş qısa vaxt ərzində keyfiyyətlə, standarta uyğun həyata keçirilib, Masallı camaatının hədsiz razılığına səbəb olub və buna görə rayon rəhbərinə minnətdarlıq bildirirlər. Təzə asfalt yol göz oxşayır.

    Qeyd edək ki, yol yararsız asfalt örtükdən ibarət idi. Yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb.

    Layihənin sonuncu mərhələsində yola yeni asfalt yol nişanlarının, siqnal, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

    Asfalt yolun yenidən qurulması vətəndaşların rahat gediş-gəlişini təmin etməklə sözügedən ərazidə nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.

    "YENİ HƏYAT" qəzeti






    Rəmzi Şahverdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR