Azadmedia.az-ın cənub bürosuna Masallı Rayon Statistika İdarəsindən verilən məlumata görə, Masallı rayonunda 2022-ci ilin iyul ayı ərzində 130,4 hektar sahədən 12,9 ton məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 hektar və ya 2,3 faiz azdır. Çayçılıq daha çox rayonun Kolatan kəndi ərazisindədir. İstehsal olunan məhsulun 9,9 tonu Azərsun plantasiyalarında, 3,0 tonu isə Kolatan kəndində sahibkarlar tərəfindən əkilən sahələrdən yığılmışdır.
Qeyd edək ki, son zamanlar ölkədə aqrar sahədə aparılan islahatların daha da sürətləndirilməsi, yeni fermer təsərrüfatlarının yaradılması, bitkiçiliyin ənənəvi sahələrinin inkişaf etdirilməsi dövlətimizin əsas məqsədlərindən biridir. Bu sahələrin inkişaf etdirilməsi idxaldan asılılığı azaltmağa, ölkənin yerli məhsullarla təminatına imkan verəcək. Aqrar sektorda əsas istiqamətlərdən biri də cənub bölgəsində çayçılığın əvvəlki şöhrətini özünə qaytarmaqdır. Hazırda Azərbaycanda çay, əsasən, Lənkəran, Astara, Masallı və Zaqatala rayonlarında yetişdirilir.
Rəmzi Şahverdiyev