AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda bir həftə içində ailədən 3 nəfər öldü

  • + A
  • - A
  • 15-08-2022, 12:42

    Masallıda bir həftə içində ailədən 3 nəfər öldü


    Masallıda son 1 həftə ərzində eyni ailənin 3 üzvü vəfat edib.

    Azadmedia.az cenub.az saytına istinadən xəbər verir ki, avqustun 5-də Masallıda Dəfinə Liseyinin müəllimi Məmməd Mürşüdov dünyasını dəyişib. Avqustun 7-də Bakıdan Ərkivana onun yas mərasiminə gedən yaxın qohumlar Qaradağ rayonunda ağır qəzaya düşüb. Nəticədə, ailənin 57 yaşlı gəlini, Mürşüdova Sevinc qəzadan aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Qəzada ağır yaralanan ailənin 34 yaşlı oğlu Elvin Mürşüdov isə olduqca ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin və qohumların ciddi səyinə baxmayaraq Elvini xilas etmək olmayıb. Anasından 5 gün sonra avqustun 12-də Elvin də dünyasını dəyişib.

    Qeyd edək ki, Elvin Mürşüdov 5 ay öncə ailə həyatı qurubmuş.

    Allah rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR