AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon İcra Hakimiyyətinin başçısI rayonun Güllütəpə ərazisinin sakinləri ilə görüşüb - FOTO

  • + A
  • - A
  • 19-08-2022, 19:15

    Masallı Rayon İcra Hakimiyyətinin başçısI rayonun Güllütəpə ərazisinin sakinləri ilə görüşüb - FOTO

    Masallıda rayon rəhbəri Güllütəpə ərazisində

    Azadmedia.az - 18 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Güllütəpə ərazisinin sakinləri ilə görüşmüşdür.

    Görüşdə rayon rəhbəri ilə yanaşı rayon icra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri Qəşəm Hadıyev, Afəddin Kərimov və şöbə müdiri vəzifəsini icra edən Əlimərdan Abdullayev, baş məsləhətçi Vəli Muxtarov, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak etmişdir.
    Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazidə olan Birinci və İkinci Qarabağ şəhidlərinin məzarlarını, abidə-bulaq komplekslərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxumuşlar.
    Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
    İcra başçısı ölkə rəhbərinin tapşırırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırmışdır.
    Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, Güllütəpə ərazisində Yolağac, Tatyanoba, Əmirtürbə və Yeni Zuvand kəndlərinin vətəndaşları ilə görüş zamanı sakinlərdən Abbasquliyev Eynulla Fərzulla oğlu, Kərimov Namiq Vəkil oğlu, Bəşirov Höccət Əsgər oğlu, Əsədov İlham Ağamalı oğlu, Məmmədov Tapdıq Məhəmməd oğlu, Mütəllimova Şahnaz Yunsur qızı, Əlinağıyeva Minarə Fazil qızı, Ağayev Qaraxan Qaraş oğlu, Məcidov Mirabdulla Mirələm oğlu, Əkbərzadə Emin Zaur oğlu, Bünyadov Fərzəli Namiq oğlu başqaları yaşadıqları ərazilərin problemlərini rayon rəhbərinə çatdırmış, kömək göstərilməsini xahiş etmişlər.
    Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləmişlər.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov da öz növbəsində cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşləri yekunlaşdırmış və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirmişdir.










    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR