AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəran-Astara Regional Təhsil İdarəsi Respublika Fənn Olimpiadasının qalibi olan məzunların mükafatlandırma tədbirini keçirib - FOTOLAR

  • + A
  • - A
  • 30-08-2022, 19:08

    Lənkəran-Astara Regional Təhsil İdarəsi Respublika Fənn Olimpiadasının qalibi olan məzunların mükafatlandırma tədbirini keçirib - FOTOLAR


    Azadmedia.az - Avqustun 30-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində 2021-2022-ci tədris ilində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrini gümüş və qızıl nişanla bitirən, ali təhsil müəssisələrinə qəbul imtahanında 600 baldan yüksək nəticə göstərən və Respublika Fənn Olimpiadasının qalibi olan məzunların mükafatlandırma tədbiri keçirilib.

    Mükafatlandırılma tədbirində müxtəlif nominasiyalar üzrə, ümumilikdə, 99 məzun iştirak edib:
    - 600 baldan yüksək nəticə göstərən 68 məzun
    - Respublika Fənn Olimpiadalarında qalib olmuş 24 şagird
    - Orta məktəbi qızıl medalla bitirən 2 şagird
    - Orta məktəbi gümüş medalla bitirən 5 şagird
    - Amerika Birləşmiş Ştatlarının nüfuzlu universitetlərinə təqaüdlə qəbul olan 2 şagird.


    Tədbirdə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları üzrə yerli icra hakimiyyətlərinin nümayəndələri, Lənkəran Regional Mədəniyyət mərkəzinin müdiri, regionda fəaliyyət göstərən ali təhsil ocaqlarının, kollec və peşə liseylərin müdirləri iştirak edib.

    Tədbir Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri cənab Elxan Nəcəfovun çıxış nitqi ilə açıq elan edilib. Ümumtəhsil müəssisələrini uğurla bitirmiş məzunlara müxtəlif hədiyyələr və təltifnamələr təqdim olunub. Lənkəran Dövlət Universitetinin rektoru prof. Natiq İbrahimov Respublika Fənn Olimpiadasında I yerə layiq görülmüş, “TK MMC”-nin müdiri Emin Bağırov isə ümumtəhsil müəssisələrini qızıl nişanla bitirmiş 2 məzunu xüsusi hədiyyələrlə təltif edib.

    Tədbirin bədii hissəsində Lənkəran şəhər 16 nömrəli körpələr evi-uşaq bağçasının fidanları, respublika incəsənət festival-müsabiqəsinin qalibi Cəlilabad rayonun Kazımabad kənd tam orta məktəbin şagirdi Cəfər Əliyev,respublika incəsənət festival-müsabiqəsinin zona mərhələsinin qalibləri - Astara şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Şəbnəm Məmmədova, Lerik şəhər 1 nömrəli texniki – fənlər təmayüllü liseyin şagirdi Nübar Fərəczadə, Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyi və Cəfər Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbin şagirdi Məhti Nəsirzadəhəmçinin, Masallı şəhər UGİM-nin dərnək üzvü Mehdi Nağıyev çıxış ediblər.

    Tədbirdə iştirak edən qonaqlara təşəkkürümüzü bildirir, məzunlarımıza gələcək həyatlarında uğurlar arzulayrıq.









    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR