Millət vəkilləri və "Əlil Sahibkarlar Təşkilatı" İB-nin sədri Masallı şəhərində Xalçaçılıq və dərzilik kurslarında Sağlamlıq imkanları məhdud istedadlı şəxslərlə görüşüblər
Masallı rayonu millət vəkilləri və "Əlil Sahibkarlar Təşkilatı" İB-nin sədri Masallı şəhərində Xalçaçılıq və dərzilik kurslarında olub, yaradılmış vəziyyətlə tanış olublar.
Azadmedia.az xəbər verir ki, Milli Məclisin üzvləri - millət vəkilləri Məşhur Məmmədov, Anar İskəndərov və "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin İdarə Heyətinin sədri Mirzə Məmməd Vəliyev Masallı şəhər Sənaye Məhəlləsində Xalçaçılıq və dərzilik kurslarında olublar.
Belə ki, millət vəkilləri və İB-nin sədri həmin kurslarda yaradılmış şəraitlə yaxından tanış olub, əlillik dərəcəsi olan xanımlarla görüşüb, onların ürək sözlərini dinləyiblər. Millət vəkilləri eyni zamanda əlilliyi olan şəxslərin cəmiyyətdəki rolundan və istedadlarının üzə çıxarılmasından bəhs edərək peşə kurslarının əhəmiyyətini də nəzərə çatdırıblar.
Millət vəkili Məşhur Məmmədov qeyd edib ki, əlillik dərəcəsi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə güclənir. Millət vəkili Məşhur Məmmədov bununla yanaşı, xalçaçılıq ənənəsinin Masallıda inkişaf etdirilməsi və yaşadılması üçün rayonda 200 nəfərlik işçi komandası olacaq Xalçaçılıq fabrikinin əsasını qoyacağını və bu istiqamətdə əlindən gələn maddi və mənəvi dəstəyi əsirgəməyəcəyini bildirib. Millət vəkili həmçinin əlillik dərəcəsi olan şəxslərin qayğıları ilə də maraqlanıb.
Qeyd edək ki, Xalçaçılıq Azərbaycan xalqının qədim tarixini, zəngin mədəniyyətini nümayiş etdirir və ən çətin əl işlərindən biri hesab olunur. Bugün milli mədəniyyətimizin bu nümunəsi Masallı rayonunda təşkil olunmuş kurslarda gənclərimizə aşılanır.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR