Xəbər verdiyimiz kimi, Azərbaycanın baş naziri Novruz Məmmədov “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi haqqında qaydaları təsdiqləyib.
Cebhe.info mövzunun aktuallığını nəzərə alaraq qaydalarda nəzərdə tutulmuş bəzi nüansları oxucuların diqqətinə çatdırır.
2. Təqaüdün təyin edilməsi üçün müraciət edilməsi, onun təyin olunması və təyin olunmasından imtina edilməsi
2.1. Təqaüd təyin olunması üçün I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxs (bundan sonra – Şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin “Sosial ödənişlər altsistemi”ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq şəhər, rayon şöbəsinə (bundan sonra - Şöbə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavəyə uyğun kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. 2.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 2.2.1. I dərəcə əlilliyi olan şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qəbiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra – Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Şöbəyə I dərəcə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir; 4 2.2.2. I dərəcə əlilliyi olan şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) ərizəsi. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Şöbəyə I dərəcə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilir; 2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış I dərəcə əlilliyi olan şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; 2.2.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd. Təqaüd təyin edilməsi barədə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir. 2.3. Təqaüd təyin edilməsi barədə qəyyum (himayəçi) müraciət etdikdə, bu barədə müvafiq sənəd təqdim etməsinə baxmayaraq, I dərəcə əlilliyi olan şəxs (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) qəyyumun (himayəçinin) ona baxan şəxs olduğunu təsdiq etmədiyi halda, təqaüd təyin olunmasından imtina edilir. 2.4. Təqaüd qulluq olunanın I dərəcə əlilliyi müddətinə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir.
3. Təqaüdün verilməsi və verilməsinin dayandırılması
3.1. Ailədə iki və daha artıq I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduqda, onlara qulluq edən şəxsə təqaüd I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan hər birinə görə ödənilir. 5 3.2. Bir nəfər I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluğa görə yalnız bir şəxsə təqaüd ödənilir. 3.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.4-cü maddəsinə uyğun olaraq qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə olan və ya bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir. Qeyd edilən müəssisələrdə yerləşdirilən və tam dövlət təminatında olan I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edilməsinə görə təqaüd ödənilmir. 3.4. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına, ayda bir dəfə nağdsız qaydada ödənilir. 3.5. Aşağıdakı hallarda təqaüdün ödənişi dayandırılır: 3.5.1. I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq, habelə Şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə; 3.5.2. Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 3.5.3. I dərəcə əlilliyi olan şəxsin əlillik dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudluğu müddəti bitdikdə və ya ləğv edildikdə; 3.5.4. sağlamlıq imkanları məhdud uşaq 18 yaşına çatdıqda; 3.5.5. I dərəcə əlilliyi olan şəxs (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və ya sağlamlıq imkanları məhdud 14-18 yaşınadək uşaq (14 yaşadək uşaqlara münasibətdə qəyyumluq və himayə orqanı) təqaüd alan şəxsin onlara qulluq etmədiyi barədə müraciət etdikdə. 3.6. Təqaüdün ödənişi bu Qaydanın 3.5.1-3.5.4-cü yarımbəndlərində göstərilən hallardan birinin yarandığı gündən, 3.5.5-ci yarımbəndində göstərilən halda isə müraciət edildiyi gündən dayandırılır. 3.7. Təqaüd təyin olunandan sonra ödəniş həyata keçirilməsi üçün Şöbənin sifarişi əsasında müvafiq bank şöbəsi tərəfindən verilmiş plastik kartın istifadə müddəti çərçivəsində Şəxsin dəyişdirilməsi ilə bağlı (qulluq edən şəxsin vəfat etməsi, yaşayış yerini dəyişməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istisna olmaqla) 6 müraciət daxil olarsa, yeni təyinat üçün tələb olunan bank xərcləri müraciət edən şəxs tərəfindən ödənilir. 3.8. Təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə təqaüd alan şəxs, təqaüd alan şəxs vəfat etdikdə, qulluq edilən şəxs və ya onun yaxın qohumları Şöbəyə 5 (beş) iş günü müddətində məlumat verməlidir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə inteqrasiya edilmiş dövlət orqanlarının elektron informasiya sistemləri və ehtiyatlarından istifadə etməklə Şöbə tərəfindən təqaüdün ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi və yaxud düzgün olmayan məlumatların verilməsi nəticəsində artıq təqaüd ödənildiyi aşkar edildikdə, təqaüd alan şəxs artıq ödənilmiş məbləği “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nağdsız qaydada Şöbənin hesabına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edildikdə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.