AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Masallı Təhsil Fondu” Heydər Əliyev mərkəzində tələbə qızlarla görüş keçirib - FOTOLAR - ÖZƏL

  • + A
  • - A
  • 11-09-2022, 21:31

    “Masallı Təhsil Fondu” Heydər Əliyev mərkəzində tələbə qızlarla görüş keçirib - FOTOLAR - ÖZƏL



    10 Sentyabr, 2022-ci il tarixdə millət vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılmış “Masallı Təhsil Fondu” tərəfindən Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində ali məktəblərə yeni qəbul olunmuş, həmçinin ötən dərs ilini uğurla başa vurmuş tələbələrlə görüş keçirilib.




    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, tədbir öncəsi rayonda yaradılmış “Qəhrəmanlar parkı” abidə kompleksi ziyarət edilib, şəhidlərin ruhlarına dualar oxunub, abidə qarşısına gül dəstələri düzülüb.






    Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib.

    Belə ki, “Masallı Təhsil Fondu” tərəfindən tələbə adını qazanan qızlarla keçirilən görüş tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkili Məşhur Məmmədov, millət vəkili Anar İskəndərov, RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, YAP-nın Masallı rayon təşkilatı üzvləri, Rayon təhsil şöbəsinin əməkdaşları, “Masallı Təhsil Fondu”nun direktoru Hüseyin Hüseynov, fondun əməkdaşları, millət vəkili M. Məmmədovun köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov, Rəmzi Şahverdiyev, media nümayəndələri, valideynlər və tələbələr iştirak ediblər.

    İlk növbədə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, ali məktəblərə qəbul olunan tələbə qızları təbrik edib. Azərbaycanda təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran icra başçısı qeyd edib ki, bu gün bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də gənclərimiz, xüsusilə qızlar öz uğurları ilə bizi sevindirir. Bu da əbəs deyildir. Masallıdan təhsil alan qızların təhsil haqqı ödənişi və təqaüdünün verilməsindəki uğurlu iş “Masallı Təhsil Fondu”nun atdığı məqsədyönlü addımlar sayəsində həyata keçirilir deyə vurğulayan İcra başçısı, həmçinin Fondun yaradıcısı, gənclərin inkişafı yönündə tərəqqipərvər işlər görən millət vəkili Məşhur Məmmədova təşəkkürünü bildirib.

    Hazırda ölkəmizdə insan kapitalının inkişafı ilə bağlı reallaşdırılan bir sıra dövlət proqramlarına toxunan millət vəkili Məşhur Məmmədov, sosial dövlət olan Azərbaycanın daxili siyasətinin mərkəzində insan amilinin dayandığını bildirib və daha çox həssas ailələrdən olan təhsilalanlara maddi dəstəyin verilməsi məqsədinə xidmət edən “Masallı Təhsil Fondu”nun önəmini vurğulayıb. Millət vəkili eyni zamanda, Fondun əsas missiyasının təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması, qızların təhsildən yayınması, erkən nikaha girməsi kimi neqativ halların qarşısının alınması istiqamətində olduğunu nəzərə çatdırıb. Millət vəkili M. Məmmədov, Fond tərəfindən verilən təqaüdlərin tələbə qızların təhsil zamanı daha uğurlu nəticələr əldə etməsinə və təhsil prosesində onlara dəstək göstərilməsinə xidmət etdiyini qeyd edib. Millət vəkili “Bir qızın oxuması, bir ailənin təhsilli olmasıdır” prinsipi ilə yola çıxaraq bildirib ki, gənclər cəmiyyətimizin fəal üzvləri kimi əlbəttə ki, bütün işlərdə fəal rol oynamalıdırlar, bu səbəbdən oxumaq, təhsil almaq lazımdır və əminəm ki, nəyinki yaşadığınız bölgənin, sizlər həm də ölkəmizin inkişafına xidmət edəcəksiniz, öz töhfənizi verəcəksiniz, ölkənin nümunəvi gəncləri olmaqla bərabər Masallı Təhsil Fondunun ölkədə təhsilin inkişafı istiqamətində gördüyü xeyirxah işlərin həm də davamçıları olacaqsınız, deyə bildirib.

    Millət vəkili Məşhur Məmmədov çıxışında gənclərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edərək ölkə rəhbərliyi tərəfindən Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində hər daim uğurlu və səmərəli addımların atıldığını, bununla bərabər, ölkə gənclərinin hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

    Millət vəkili Anar İsgəndərov qeyd edib ki, ölkəmizdə milli təhsilimizin ən yaxşı ənənələrini qoruyaraq inkişaf etdirmək, onun dünya təhsilinin mütərəqqi və qabaqcıl, özünü doğruldan, təsdiq edən elementləri ilə sintezinə nail olmaq bugünkü təhsil siyasətinin başlıca hədəfidir. Millət vəkili bildirib ki, güclü və dinamik inkişaf edən Azərbaycana yüksək intellektli kadrlar lazımdır. Bu yöndə Masallı Təhsil Fondunun gənclərə, xüsusilə gənc qızlara göstərdiyi mənəvi və maddi dəstək təqdirəlayiq haldır. Millət vəkili bu yöndə Fondun yaradıcısı həmkarı M.Məmmədova təşəkkür edərək, qızlara tələbə həyatında, imtahanlarında uğurlar diləyib, Masallının adını daim ucalarda tutmağı arzulayıb.

    “Masallı Təhsil Fondu”nun icraçı direktoru Hüseyn Hüseynov fondun fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirb ki, fond Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılıb. Fondun icraçı direktoru, təhsil Fondunun hədəfləri və tələbləri barədə də söhbət açaraq vurğulayıb ki, burada prinsip tələbə qızların təhsil almasına bərabər imkanlar yaratmaqla yanaşı, həm də təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir.

    Bununla yanaşı H.Hüseynov yarandığı üç il ərzində 160 qıza təhsil fondunun nizamnaməsinə uyğun olaraq təqaüd verildiyini və onların təhsil haqqlarının ödənildiyini bildirib. Bu istiqamətdə 87 tələbənin təhsil haqqını, 73 nəfər tələbə qıza təqaüd verildiyini diqqətə çatdırıb. H. Hüseynov, Şəhid övladlarına 200 manat, digər tələbə qızlara 100 manat məbləğində təqaüd verildiyini qeyd edib.

    Sonra “Azadmedia.az” saytının redaktoru Ülkər Piriyeva, ölkə başçısı prezident İlham Əliyevə gənclərə böyük diqqət və qayğısı üçün təşəkkür edib, həmçinin millət vəkili Məşhur Məmmədova, Rayon rəhbərliyinə, Fonda şəhid ailələrinin övladlarına və gənc qızlara təhsil sahəsində göstərdiyi diqqətdən dolayı minnəttarlığını ifadə edib.

    Həsənli kənd uşaq bağçasının müdürəsi Nazilə Hüseynova , Təhsil Fondunun Masallı gənclərinin həyatında oynadığı mühüm rolundan danışıb, gənc qızlara təhsil həyatlarında nailiyyətlər arzu edib, gənclərə göstərdiyi diqqətə görə millət vəkilinə təşəkkürünü bildirib.


    Tələbə qızlardan — şəhid İntiqam Abbasovun qızı Xədicə Abbasova, şəhid Anar Novruzovun qızı Firuzə Novruzova və digər tələbələr çıxışlarında bundan sonra dövlət başçısının ətrafında sıx birləşməklə ölkəmizin və dövlətimizin inkişafı üçün əllərindən gələni edəcəklərini vurğulayaraq, Masallı Təhsil Fonduna və millət vəkili M. Məmmədova minnətdarlıqlarını bildiriblər.


    Sonda Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin əldə edilməsindəki rolunu xatırladan millət vəkili M. Məmmədov gənclərimizin milli dəyərlərə bağlı yetişməsinin və dövlətçiliyimizin qorunmasında çox vacib rol oynamasının əhəmiyyətini qeyd edib. Diskussiya şəraitində keçən tədbirdə tələbələri maraqlandıran sualları cavablandıran millət vəkili Məşhur Məmmədov bir daha tələbə qızlara uğurlar arzulayıb, onlara gələcək tələbə həyatında nümunəvi gənc olmağı tövsiyə edib.

    Millət vəkili Fondun əməkdaşlarına könüllü fəaliyyətlərinə görə təşəkkür edib.

    Tədbirin sonunda Masallı rayonu icra başçısı və aparatı, millət vəkilləri, “Masallı Təhsil Fondu”nun əməkdaşları, cənub bölgəsinin media kollektivi - Azadmedia.az-ın cənub bürosu, Yeni həyat qəzeti, Asiya.az, Masallı xəbərləri və Cənub xəbərləri rəhbərlikləri tələbə qızlar ilə xatirə şəkli çəkdirib.
    Fotolar Elsevər Əliyevə məxsusdur.






















    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR