Sentyabrın 12-də Milli Məclisin sədri Sahibə Qafarova Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla görüşüb.
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı salamlayaraq deyib ki, onun ölkəsi Azərbaycanla səmimi, dolğun və konstruktiv dövlətlərarası münasibətləri yüksək qiymətləndirir və bu münasibətlərin daha da möhkəmlənməsinə xüsusi diqqət yetirir. O, xalqlarımız arasındakı dostluq və əməkdaşlıq ənənələrindən, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqdan, parlamentlərarası əlaqələrdən, iqtisadi, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsindən danışıb.Milli Məclisin sədri Sahibə Qafarova
Tacikistan Respublikasının Prezidenti ilə görüşüb
Sentyabrın 12-də Milli Məclisin sədri Sahibə Qafarova Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla görüşüb.
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı salamlayaraq deyib ki, onun ölkəsi Azərbaycanla səmimi, dolğun və konstruktiv dövlətlərarası münasibətləri yüksək qiymətləndirir və bu münasibətlərin daha da möhkəmlənməsinə xüsusi diqqət yetirir. O, xalqlarımız arasındakı dostluq və əməkdaşlıq ənənələrindən, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqdan, parlamentlərarası əlaqələrdən, iqtisadi, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsindən danışıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.