AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nensi Pelosinin bəyanatı iki ölkə arasındakı münasibətləri sanki açıq şəkildə pozmağa yönəlib

  • + A
  • - A
  • 19-09-2022, 19:39

    Nensi Pelosinin bəyanatı iki ölkə arasındakı münasibətləri sanki açıq şəkildə pozmağa yönəlib

    İlham Məmmədov,
    Millət vəkili

    ABŞ konqresinin nümayəndələr palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri çərçivəsində Azərbaycan əleyhinə verdiyi açıqlamalar hər bir azərbaycanlının hissiyyatına toxunan bir bəyanat olduğu üçün kəskin etirazımızı mətbuat və digər vasitələrlə bildiririk. Bu olduqca qərəzli və iki ölkə arasında dostluq əlaqələrinə kölgə salan bir bəyanatdır. Ölkəmizin prezidenti cənab İlham Əliyevin apardığı qlobal səviyyəli uğurlu siyasət nəticəsində Azərbaycan Amerika münasibətləri həmişə yüksələn xətlə inkişaf edib. Nensi Pelosinin bu bədnam bəyanatı isə iki ölkə arasındakı münasibətləri sanki açıq şəkildə pozmağa yönəlmişdir. Əslində bu kimi bəyanatları son 30 ildə biz çox eşitmişik. 1992-ci ildə ölkəmizə qarşı hərbi təcavüz edən Ermənistan deyil təcavüzə məruz qalan Azərbaycanı cəzalandırmaq üçün Azadlıq aktına 907-ci düzəlişi qəbul edən ABŞ konqresindən və o zamanlarda bu aktın ölkəmiz əleyhinə qəbul olunmasında xüsusi canfəşanlıq göstərmiş Nensi Pelosidən bundan artıq nə gözləmək olar ki. Əlbəttə Hamıya aydındır ki bu ssenari Amerika konqresinə bu yaxınlarda keçiriləcək aralıq seçkilərdə qalib gəlmək ücun Amerikada olan erməni lobbisinin dəstəyini almaqdır. Əslində bu halın özü Amerika kimi dünya güclərindən biri olan dövlətin özünə baş ucalığı gətirmir. Bir azacıq erməninin səsini almaq üçün bu qədər riyakarlıq dünyanın fundamental demokratik dəyərlərinə də böyük bir zərbədir. Nensi nənə erməniləri barmağına dolayaraq onların səsini almağa ümid edir ermənilər isə xəyallarında bir daha dənizdən dənizə yeni formatda Ermənistan qururlar necən ki, bu keçən əsrin əvvəllərində də də dənizdən dənizə Ermənistanı xəyallarında canlandırmışdılar. Yəqin yenə də fikirləşirlər ki, Nensi gəldisə yəqin Azərbaycan və Türkiyə əleyhinə yeni bir bədnam Sevr müqaviləsi hazırlamağa ümid var yəni keçən əsrin əvvəllərində olduğu kimi Azərbaycanın və Türkiyənin əleyhinə yönəlmiş bədnam Sevr müqaviləsi imzalanacaq və Vilson Ermənistanı qurulacaq. Hesab edək ki, bu ermənilərin və onların qoca nənəsi Pelosinin əbədi yuxusu kimi olaraq qalacaqdir. Qoy hec kim yaddan çıxarmasın Azərbaycan bu gün dünyanın güclü və inkişaf etmiş ölkələrindən biridir. onu güclü və qüdrətli ordusu var. 44 günlük vətən müharibəsində Azərbaycan ordusunun gücünü və qüdrətini bütün dünya gördü. Bu gücün nüvəsində isə onu müzəffər və qətiyyətli Ali baş komandanı vətənimizin bir qarışına qarşı belə əl uzadanlara qarşı həmişə barışmaz olub. Qoy bunu da heç kim yaddan çıxarmasın.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR