AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq Teatrlarının IV Zona Müşavirəsi Masallıda keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 23-09-2022, 16:22

    Xalq Teatrlarının IV Zona Müşavirəsi Masallıda keçirilib - FOTOLAR

    Xalq Teatrlarının IV Zona Müşavirəsi Masallıda keçirilib.

    Azadmedia.az - 22 sentyabr 2022 — ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları tərəfindən “Xalq Teatrlarının IV Zona Müşavirəsi” keçirilib.

    Belə ki, tədbirdə Masallı Regional Mədəniyyət İdarəsi ilə yanaşı Lənkəran, Sabirabad və Biləsuvar Regional Mədəniyyət İdarələrinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin nəzdində yaradılmış xalq teratrlarının əməkdaşları iştirak edib.

    Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Müşavirəni Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və tədbir barədə ümumi məlumat verib.
    Sonra Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Samirə Həsənzadə, Elmi katib Cavid Əliyev çıxış edərək Xalq Tetarlarının fəaliyyətindən, mövcud problemlərdən və yeni əsasnamədə nəzərdə tutulacaq məsələlərdən danışıblar.
    Tədbir iştiakçılar tərəfindən verilən təkliflər və qarşıda duran vəzifələrin müzakirəsi ilə davam edib.





    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR