Bakıda hansı apteklərdə narkotik tərkibli dərmanlar satılır? - ŞOK İDDİA
Bir müddət öncə azadmedia.az saytında "Bakıda apteklərdə qanunsuz psixotrop dərmanlar satılır” başlıqlı məqalə dərc olunub.
Bakının apteklərində narkotik satışı açıq şəkildə davam edir.
Məqalədən bəlli olur ki, saytın əməkdaşları bir neçə aptekdə reydlər keçirib. Reyd zamanı Bakıda bir neçə aptekdə reseptsiz, dövlət tərəfindən satışı qadağan olunmuş psixotrop dərmanların satışı aşkar olunub.
Aptekə yaxınlaşırsan və ad çəkmədən “bir paçka verin” deyirsən. Satıcı sənin nə istədiyini bilir və dərhal narkotik vasitəni sənə uzadır. Halbuki, bu cür dərmanı yalnız reseptlə satmaq olar.
Səhiyyə Nazirliyi bu cür apteklərə qarşı reydlər keçirir. Xatırladaq ki, bu ilin əvvəlində “Murad Farm” MMC-yə məxsus Xətai rayonunda yerləşən “Murad” aptekin fəaliyyəti dayandırıldı. Səhiyyə Nazirliyi yanvarın 21-də “Murad” aptekinin lisenziyasının ləğv edilməsi haqqında qərar verdi.
Araşdırmamız davam edir....Bizi izləyin