AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu apteklərdə bəzi dərmanlar Tarif Şurasının təyin etdiyi qiymətdən ucuz satılır (VİDEO)

  • + A
  • - A
  • 27-08-2017, 12:29

    Bu apteklərdə bəzi dərmanlar Tarif Şurasının təyin etdiyi qiymətdən ucuz satılır (VİDEO)














    Abşeron rayonu, Xırdalan şəhərində 2 aptekdə bəzi dərmanlar Tarif Şurasının təyin etdiyi qiymətdən 10 manat ucuz satılır.

    "Xəzər TV" xəbər verir ki, daha çox təzyiq üçün istifadə olunan dərmanların tənzimlənən qiymətləri belədir: Amlokard 4 manat 60 qəpik, Prestans 20 manat 24 qəpik, Tripliksam 28 manat 11 qəpik. Xırdalandakı digər aptekdə isə Amlokard 4 manat 16 qəpiyə, prestans 25 manat 42 qəpiyə, Tripliksam isə 18 manat 13 qəpiyə satılır. Əzaçılardan bunun səbəbini soruşanda maraqlı cavab veriblər.

    Digər aptekdə isə qiymətlər daha da ucuzdur. Burda Amlokard 4 manat 20 qəpik, Prestans 24 manat 60 qəpik, Tripliksam 17 manat 90 qəpikdir.

    Qeyd edək ki, dərmanların Tarif Şurasının təyin etdiyi qiymətdən ucuz satılması heç bir hüquqi məsuliyyət yaratmır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR