AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalqımız müqəddəs şəhidlərimizin xatirəsini həmişə uca tutur

  • + A
  • - A
  • 27-09-2022, 16:00

    Xalqımız müqəddəs şəhidlərimizin xatirəsini həmişə uca tutur
    Rövşən Əhmədov
    YAP Ağcabədi rayon təşkilatının sədri


    Bu gün Müzəffər Azərbaycan ordusunun Qələbəsi ilə başa çatan Vətən müharibəsinin başlamasının 2-ci ili tamam olur. 2020-ci ilin sentayabr ayının 27-də Ermənistanın müdafiə mövqeyində dayanan silhalı qüvvələrimizə genişmiqyaslı hücumuna cavab olaraq başlayan müharibə Qələbəmizlə başa çatdı. Cəmi 44 gün davam edən bu müharibə tarixdə ən qısa, müasir, 30 il ərzində möhkəmləndirilmiş əlverişli mövqeyə malik düşmən üzərində qələbə çalmaq nöqteyi nəzərindən dünya hərb tarixinə düşdü. Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin həm sərkərdə kimi, həm də diplomatik müstəvidə qətiyyətli fəaliyyəti və Qəhrəman Ordumuzun rəşadəti nəticəsində ermənilərin müxtəlif adlar altında 200 ildən artıq davam edən torpaq mənimsəməsinə son qoyuldu.
    Fəaliyyətinin ilk dövründən başlayaraq Ölkə Prezidenti cənab İlham Əliyev rəsmi İrəvanın 1988-ci ildən başlayan hərbi cinayətlərini beynəlxalq aləmdə bəyan etməyə, Ermənistanın işğal etdiyi torpaqları danışıqlar yolu ilə qaytarmaq üçün bütün mümkün siyasi-diplomatik vasitələrdən istifadə etdi. Münaqişənin dinc yolla həll edilməsinə çalışan Prezident paralel olaraq ordunun müasir hərbi texnikalara malik olması, şəxsi heyyətin döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər həyata keçirirdi. Prezident bütün çıxışlarında yorulmadan bəyan edirdi ki, Azərbaycan xalqı torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə heç vaxt barışmayacaq. Əgər sülh yolu ilə torpaqlar işğaldan azad edilməsə, hərb yolu ilə torpaqlarımızı azad etməyə qadir olan Milli Ordumuz var.
    Bütün bu çağırışlara rəğmən Ermənistan adekvat addımlar atmadı.Və beləliklə, 2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın növbəti təxribatına qarşı Ordumuz əks-hücuma keçdi.
    Ordumuz Müzəffər Ali Baş Komandana və arxasında duran yumruq kimi birləşmiş Azərbaycan xalqına güvənərək illər boyu möhkəmləndirilmiş istehkamları yarıb keçdi və düşmənə sarsıdıcı zərbələr vuraraq geri çəkilməyə vadar etdi.
    Müharibənin gedişində mənfur ermənilər müharibə qanunlarını və beynəlxalq konvensiyaları pozaraq dinc yaşayış məntəqələrinə-Gəncəyə, Tərtərə, Ağdama, Bərdəyə, Ağcabədiyə və digər yaşayış məntəqələrimizə ağır artilleriyalardan və raketlərdən atəş açaraq dinc əhalini qətlə yetirməkdən belə çəkinmədilər.
    Zəfər Müharibəsində Qələbə heç də asan əldə edilməmişdir. 3000 nəfərdən artıq şəhid vermiş, minlərlə gənc sağlamlığını itirmişdir.
    Böyük məğlubiyyətlə üzləşən Ermənistan 10 noyabr 2020-ci il tarixdə Rusiyanın iştirakı ilə kapitulyasiya aktına qol çəkməyə məcbur oldu.
    Lakin, bu günədək Ermənistan üçtərəfli razılaşmanın müddəalarına tam əməl etmir, sərhədlərin dəqiqləşməsi və sülh müqaviləsinə imza etməkdən boyun qaçırır və təxribatlardan əl çəkmir.
    Sentyabrın 12-14 tarixlərində Ermənistan sərhədboyu genişmiqyaslı silahlı hücumunu Müzəffər Ordumuz qətiyyətlə alaraq düşmənə sarsıdıcı zərbələr vurdu.
    Azərbaycan xalqı 30 il düşmən tapdağında qalan torpaqlarımızı azad etməklə ölkəmizi yenidən ərazi bütövlüyünə qovuşdurmuş qəhrəman şəhidlərimizin xatirəsini daim uca tutur, onları böyük məhəbbətlə yad edirlər.
    Azərbaycan Respublikasının Prezidentnin 02 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Vətən Müharibəsinin başlandığı günü -27 sentyabrı Anım günü kimi qeyd olunması barədə sərəncam imzalamışdır.
    Qədirbilən Xalqımız şəhidlərin xatirəsini daim uca tutur.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR