AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ümidim sənsən İB - “Erkən nikah - Erkən gəncliyin sonu” - FOTO

  • + A
  • - A
  • 18-10-2022, 21:37


    Ümidim sənsən İB - “Erkən nikah - Erkən gəncliyin sonu” - FOTO

    “Ümidim sənsən” İctimai Birliyinin sədr Fidan Abbaslinin yeni layihəsini reallaşdırmağa başlayıb.

    Azadmedia.az - Uzun illərdir ki, erkən nikah günümüzün bəlalarından birinə çevrilib. Son zamanla bu sahədə nəzərəçarpacaq irəliləyişlər olsa da, bu “yaranın” kökünü kəsmək üçün daha ciddi, daha orijinal tədbirlərə ehtiyac duyulur.

    Məhz bu məqsədlə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümidim sənsən" Sosial İnkişafa Yardim İctimai Birliyinin "Erkən Nikah, Erkən gəncliyin sonu" Cənub bölgəsində ictimai məsulliyətin artırılmasi üzrə silsilə tədbirlərin icrasina başlamışdır

    Tədbirlərin əsasən Masallı rayonun ucqar ərazilərində, o cümlədən Lerik və Yardımlı ərazilərində nəzərdə tutulub.

    İlk olaraq Masallı Rayonunun Qarğalıq və Güllütəpə məktəblərində layihə çərçivəsində həm yuxarı sinif qızları və valideynlərlə görüşlər keçirilib.

    Növbəti tədbirlər isə Masallı rayonunun Ərkivan qəsəbəsi, Qızılağac ,Qizilavar, Qəriblər kəndlərində, eləcə də Yardımlı və Lerik rayonlarında təşkil olunacaq.

    Məktəb şagirdlərinin, müəllimlərin və valideyinlerin iştiraki ilə tədbirdə maraqli fikirlər təkliflər irəli sürürlüb. Tədbirlərdə erkən nikahla bağlı video-roliklər nümayiş etdirilib. İştirakçıların sualları cavablandırılıb. Yerli kənd sakiləri və məktəb şagirdləri belə tədbirləri daha tez-tez olmasını arzu ediblər.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR