AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan yenə də sərhəddə təxribatlar törətməkdə davam edir

  • + A
  • - A
  • 20-10-2022, 10:06

    Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan yenə də sərhəddə təxribatlar törətməkdə davam edir

    Ceyhun Mənmədov,
    Millət vəkili

    Prezident İlham Əliyevin cari ilin 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı ilə əlaqədar

    İki il əvvəl Azərbaycan 30 il davam edən Qarabağ münaqişəsinə son qoyaraq öz torpaqlarını Ermənistan işğalından azad etdi.
    İşğal dövründə Ermənistan tərəfindən xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, şəhər və kəndlərimizin yerlə-yeksan edildiyi, məscidlərimizin dağıdıldığı ortaya çıxıb. Birinci Qarabağ müharibəsindən bəri minlərlə Azərbaycan vətəndaşı itkin düşərək işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Ermənistan işğal zamanı ərazilərimizə bir milyondan çox mina basdırıb. Bunun nəticəsində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.
    Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan yenə də sərhəddə təxribatlar törətməkdə davam edir. Sentyabr ayında törətdikləri hərbi təxribat buna sübutdur. Bu təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.
    2019-cu ildən bəri Azərbaycan dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi beynəlxalq münasibətlər sistemindəki uğurlu siyasi fəaliyyətinin nəticəsidir. Qoşulmama Hərəkatındakı uğurlu fəaliyyəti də təsadüfi deyil və məhz düşünülmüş, uzaqgörən diplomatik siyasətin bəhrəsidir. Bu səbəbdəndir ki, Azərbaycanın sədrliyi 2023-cü ilin sonuna qədər uzadılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR