AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədəniyyət Nazirliyi "Rebuild Karabakh – 2022” sərgisində xüsusi stendlə təmsil olunur - FOTO

  • + A
  • - A
  • 20-10-2022, 10:40

    Mədəniyyət Nazirliyi "Rebuild Karabakh – 2022” sərgisində xüsusi stendlə təmsil olunur - FOTO

    Azadmedia.az - Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq "Qarabağın bərpa, yenidənqurma və inkişafı" ("Rebuild Karabakh – 2022”), 27-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”) və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (“Aquatherm Baku”) sərgilərini bir araya gətirən "Xəzər İnşaat Həftəsi” öz işinə başladı.

    “İnşaat həftəsi”ndə 17 ölkədən 300-dən çox şirkət iştirak edir.

    Sərgilər “Caspian Event Organisers” (CEO), “Iteca Caspian”, “Caspian Event Management”, “ICA Eurasia” şirkətlərinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA), Qarabağ Dirçəliş Fondu və digər qurumların dəstəyi ilə gerçəkləşir.

    Üç gün (19-21 oktyabr) davam edəcək “İnşaat həftəsi”nin "Rebuild Karabakh – 2022” sərgisində Mədəniyyət Nazirliyi xüsusi stendlə təmsil olunur. Stenddə Qarabağla, eyni zamanda Zəfər tariximizlə, işğaldan azad olunmuş ərazilərin tarixi, memarlığı, mədəniyyəti ilə bağlı nəşrlər, Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş "Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” kataloqu, eləcə də əl işləri və suvenirlər, işğaldan azad edilmiş torpaqlarımızı virtual səyahət etmək üçün xüsusi eynək sərgilənir.

    Nazirliyin stendində, həmçinin Ağdam İşğal və Zəfər muzeyləri kompleksinin, eləcə də Füzuli Memorial Kompleksi və Zəfər Muzeyinin maketləri nümayiş etdirilir. Monitorda isə işğaldan azad edilmiş rayonlarımızda görülən və görüləcək işlər barədə tanıtım filmləri iştirakçılara nümayiş olunur.

    Mədəniyyət Nazirliyinin stendinə yaxınlaşan qonaqlar eyni zamanda muğam üçlüyünün – Elbrus Məmmədyarov (tar), Bayram Əliyev (kamança), Aydan Həmzəyeva (xanəndə) ifasında təqdim olunan muğam və xalq mahnılarımızı dinləyirlər.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR