Azərbaycanın işğaldan azad edilən ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər.
AzadMedia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması ilə bağlı TBMM-ə sənəd göndərib.
Sənəd yaxın günlərdə ölkə parlamentində müzakirəyə çıxarılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.