AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İran Ermənistan və Azərbaycanda yad qüvvələrin olmasına qarşıdır” - İran xarici işlər naziri

  • + A
  • - A
  • 20-10-2022, 20:53

    “İran Ermənistan və Azərbaycanda yad qüvvələrin olmasına qarşıdır” - İran xarici işlər naziri


    “İran Ermənistan və Azərbaycanda yad qüvvələrin olmasına qarşıdır”

    Bunu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Ermənistanla uzunmüddətli əməkdaşlıq xəritəsinin hazırlandığı və sənədinin imzalandığını bildirərkən deyib: ”İran İslam Respublikası bu bölgədə, o cümlədən Azərbaycan və Ermənistanda yad qüvvələrin mövcudluğuna qarşı çıxır".


    Tehran və İrəvanın bölgədə əməkdaşlıq üçün çoxlu imkanları və həm də ortaq narahatlıqlarının olduğunu bildirən İran rəsmisi əlavə edib: “Biz həll yolları tapmağa və bu səfər zamanı uzunmüddətli perspektiv yolunu müəyyənləşdirməyə çalışırıq. Bundan öncə də erməni həmkarımla bir sıra məsələlərdə razılığa gəlmişik”.

    “İstər Azərbaycanda, istərsə də Ermənistanda yad qüvvələrin regionda olmasının əleyhinəyik və bu səfər bir fürsətdir. Hazırkı səfər zamanı strateji məsələləri, birgə regional əməkdaşlığı Ermənistanın yüksək səviyyəli rəsmiləri və həmkarımla müzakirə edəcəyəm”-deyə iranlı nazir qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR