AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Binəli Yıldırımın düşdüyü qəzayla bağlı Bakıya ambulans təyyarə gəlir - Video

  • + A
  • - A
  • 21-10-2022, 03:30

    Binəli Yıldırımın düşdüyü qəzayla bağlı Bakıya ambulans təyyarə gəlir - Video

    “Türkiyədən təcili yardım təyyarəsi yola düşüb. Bir neçə saata Bakıda olacaq”.

    Bunu AKP sözçüsü Ömər Çəlik Zəngilan hava limanı istiqamətində yol qəzasına düşən AKP sədrinin müavini, keçmiş Baş nazir Binəli Yıldırım və millət vəkili Şamil Ayrımın durumu ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

    “Buradakı həkimlərimiz “vəziyyət stabildir, gedə bilərsiniz” desələr, təcili yardım təyyarəsi ilə Türkiyəyə gedəcəyik. Hal-hazırda vəziyyətləri yaxşıdır. Allaha şükür, ciddi problem yoxdur. Səhər yenidən baxılacaq. Narahat olacaq durum yoxdur. Həkimlərin tövsiyəsinə uyğun addım atacağıq. Binəli bəy və Şamil bəyin sağalacaqları günə qədər Bakıda qalacağıq. Mühafizəçi Oğuzxanı da gördük, onun da durumu yaxşdır. Azərbaycanlı sürücü qardaşımızın da durumunun yaxşı olduğunu bildirdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə təyyarədə birgə gəldik. Çox sağ olsun, şəxsən çox yaxından maraqlandı. Səhiyyə naziri Teymur bəy də buradadır. Maraqlanan hər kəsə təşəkkür edirik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR