AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda əsas sənaye sahələrinin göstəriciləri açıqlanıb - STATİSTİKA

  • + A
  • - A
  • 21-10-2022, 17:00

    Masallıda əsas sənaye sahələrinin göstəriciləri açıqlanıb - STATİSTİKA


    Azadmedia.az-ın cənub bürosuna Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci ili 9 ayı ərzində sənaye müəssisələri tərəfindən göstərilmiş xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,6 faiz artaraq 125396,0 min manat olmuşdur.

    Sənayedə qeyri-dövlət sektorunun payı 91,3 faiz təşkil edir. Rayon üzrə ümumi istehsalın 91,3 faizi emal, 8,2 faizi elektrik enerjisi,qaz və buxar istehsalı, bölüşdürülməsi, 0,5 faizi mədənçıxarma və su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə bölüşdürülmüşdür.

    Ümumi istehsalın 37,3 faizi mebellərin istehsalı, 43,2 faizi hazır metal məmulatlarıın istehsalı, 19,5 faizi isə digər sənaye sahələrinin ( qida məhsullarının istehsalı, tikinti materiallarının istehsalı, elektrik enerjisi,qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, və s) payına düşür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR