AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İqor Markov: “Onlar Stalinin etdiyi kimi - Güllələnməlidir” - SON DƏQİQƏ

  • + A
  • - A
  • 21-10-2022, 17:33

    İqor Markov: “Onlar Stalinin etdiyi kimi - Güllələnməlidir” -
    Rusiya özünün içində oturmuş korrupsiya yolu ilə dövlətdən oğurladığı pullarla Avropada malikanələr tikən, külli miqdarda pulları Rusiyadan çıxarıb Qərbin banklarında gizlədən məmurlarla müharibədə qalib olmaq istəyir? Bu, sizcə, mümkündür? Onlar illərdir övladlarına Qərbdə gün-güzaran təmin etməklə məşğul olublar. İndi bu adamlar Qərbə qarşı necə çıxsınlar?

    Azadmedia.az xəbər verir ki, bu fikirləri “Rossiya 1” telekanalının efirində yayımlanan “Solovyovla axşam” verlişində Ukrayna Ali Radasının keçmiş rusiyalı deputatı İqor Markov deyib.

    “Məni burdan qovmayana qədər düzünü deyəcəm! Bəsdirin xalqı aldatdınız! Müharibə vaxtı dövlət başçıları reytinq naminə qərarlar qəbul etməməlidir. Çünki məğlubiyyət olan kimi heç bir reytinq kömək etməyəcək. Heç kəs toxunulmaz olmamalıdır. Səhv edən cəzalanmalıdır. Hansı səbəbdən bu günə qədər səhv edənlər hələ də kürsülərində oturub? Onlar Stalinin etdiyi kimi - güllələnməlidir. Mən artıq susmayacam”, - deyə o qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR