AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva, “Türk dünyasının əfsanəvi lideri Heydər Əliyev”

  • + A
  • - A
  • 25-10-2022, 09:53

    Politoloq Ülkər Piriyeva, “Türk dünyasının əfsanəvi lideri Heydər Əliyev”




    “Bir millət, iki dövlət” ifadəsinin fikir atası, Türk dünyasının əfsanəvi lideri Heydər Əliyev



    Bəli, Əliyev Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri dünyada bənzəri olmayan qardaşlıq hüququna bağladı. Əliyev 1994-cü ildə Türkiyəyə səfəri zamanı “Bir millət, iki dövlət” ifadəsi ilə Türkiyə-Azərbaycan münasibətlərini qarşılıqlı strateji tərəfdaşlıq çərçivəsinə oturtdu. Bundan başqa Əliyev 1991-1993-cü illərdə Naxçıvanı idarə edərkən Araz çayı üzərində Dilucu ilə Sədərəyi birləşdirən “Həsrət körpüsü” və ya “Ümid körpüsü” kimi adlanan körpünün açılışını edərək Türkiyə ilə Azərbaycan arasında rəsmi sərhəd qapısının açılışını edib. Həmçinin Əliyevin uzunmüddətli strategiyası sayəsində Azərbaycan və Türkiyə beynəlxalq enerji bazarında fəal siyasi fiqurlara çevrildilər.


    Heydər Əliyevin “Azərbaycançılıq ideologiyası”


    Bu gün bəzi dövlətlər tərəfindən bir model kimi qəbul edilən, yayılan və öyrədilən Azərbaycan multikultural formulu - ölkədə etnik və dini müxtəlifliyin qorunub saxlanması və davamlı inkişaf modelinin əsas nailiyyəti bu siyasətin azərbaycancılıq ideologiyası üzərində qurulmasıdır. Azərbaycançılıq ideyasının kökləri bu torpaqlarda mövcud olan dövlətlərin ənənələri ilə sıx bağlıdır. Bu torpaqlarda yaşayan xalqlar bu adət-ənənələri, ortaq mənəvi-mədəni dəyərləri nəsildən-nəslə ötürmüş, onları diqqətlə qorumuş və yaşatmışlar. Ümummilli Lider Heydər Əliyevin səfərbəredici ideoloji konsepsiya kimi yalnız azərbaycançılıq ideyasını öz tarixi gündəminə gətirməsi, ilk növbədə, bu ideologiya əsasında xalqların və dinlərin birgəyaşayış prinsiplərinin sabitliyi və tarixi legitimliyidir. Heydər Əliyev ölkənin demokratik inkişafının real tərkib hissəsi olan azərbaycançılıq ideologiyasını dəyərləndirərkən deyirdi: “Azərbaycanın çoxmillətli və tolerant ölkə olması bizim böyük sərvətimiz və üstünlüyümüzdür. Azərbaycan onun ərazisində yaşayan bütün millətlərin və xalqların ümumi vətənidir. Regionumuzda yaşayan azərbaycanlılar, ləzgilər, avarlar, kürdlər, talışşlar, udilər, kumıklar və başqaları da azərbaycanlıdır. Azərbaycan sözü bizi həmişə birləşdirib”.
    XXI əsrdə bu siyasətin davamlı olmasının vacibliyini, Azərbaycan xalqlarının vahid cəmiyyətdə sülh və bərabərlik şəraitində yaşadığını, öz etnik xüsusiyyətlərini qoruduğunu vurğulayan Ulu Öndərin uğurlu davamçısı siyasi lider Prezident İlham Əliyev də öz növbəsində, “Biz göstəririk ki, bütün millətlərin və dinlərin nümayəndələri birgə yaşayır və tək bir ailə kimi yaşayacaq. Azərbaycan dövləti onları, mənafeyini, milli hisslərini, ləyaqətini qoruyur. Onlar bizim qardaşlarımızdır. Gücümüz birliyimizdədir.” – demişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR