Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Şura və 54-cü plenar iclasında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlardan Sabir Hacıyev, Rasim Musabəyov, Nizami Səfərov, Mixail Zabelin, Rauf Əliyev, Əminə Ağazadə, Emin Hacıyev, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Assambleyanın Şura və Plenar iclaslarında gündəliyə çıxarılacaq məsələlərə dair fikir mübadiləsi aparılacaq. Milli Məclisin sədrinin plenar iclasda çıxış edəcəyi gözlənilir.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.