Polşa parlamentinin yuxarı palatası Rusiyanı “terrorçu rejim” kimi tanıyan qətnamə qəbul edib. Səsvermədə 85 senator iştirak edib. Azadmedia.az Kommersant-a istinadən xəbər verir ki, onlar yekdilliklə Rusiyanı Ukraynadakı hərəkətlərinə görə qınayıblar. Senat həmçinin beynəlxalq ictimaiyyəti Ukraynadakı cinayətlərin araşdırılmasında Beynəlxalq Cinayət Məhkəməsinə dəstək verməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.