AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ana təbiətin Türkiyəyə hədiyyə etdiyi Ölüdəniz - ÖZƏL

  • + A
  • - A
  • 27-10-2022, 16:01

    Ana təbiətin Türkiyəyə hədiyyə etdiyi Ölüdəniz - ÖZƏL



    Ana təbiətin Türkiyəyə hədiyyə etdiyi Ölüdəniz, Aralıq dənizi bölgəsinin incisi olaraq hər il xaricdən minlərlə turisti qəbul edir.

    Türkiyənin ən əhəmiyyətli turizm məkanlarından biri olan Ölüdəniz Muğlanın Fethiye rayonunda yerləşir. Sanki bir rəsm əsərini xatırladan bu unikal istirahət məkanı xarici və yerli turistlərin vazkeçilməz cazibə mərkəzi kimi diqqəti çəkir.
    Bu istirahət məkanı təkcə gözəl qumu və çimərlikləri ilə məşhur deyil. Keçmişdə Likya sivilizasiyasından Roma imperiyasına qədər müxtəlif sivilizasiyalara ev sahibliyi edən Ölüdəniz ziyarət edilməli yerlər baxımından da tarixi bir miras ilə qarşımıza çıxır.
    2006-cı ildə qızıl hərflərlə dünyanın ən yaxşı çimərliyi seçilən Ölüdənizdə zövq ala biləcəyiniz bir çox adacıqlar və çimərliklər var.
    Ölüdənizin bənzərsiz coğrafiyasında bir tərəfi mavi dəniz, digər tərəfi isə yamyaşıl meşəlik ərazisi olan çimərliyi isti yay günlərində insanların dincəldiyi istirahət məkanıdır.
    Belcekiz çimərliyi yamac paraşütü ilə uçmaq istəyən adrenalin həvəskarları üçün həm eniş meydançası, həm də dəniz-qum-günəş üçlüyündən əl çəkməyənlər üçün dincəlmə yeri sayılır. Bu çimərlik firuzəyi dənizlə uzun bir çimərliyin qovuşduğu yer kimi ziyarətçilərini valeh edir.
    Mavi və yaşıl tonların ortaq nöqtədə qarşılaşmasıyla qarşı-qarşıya gələn Kumburnu çimərliyi Ölüdənizin dağlarına qarşı günəşlənə biləcəyiniz qumsal və uzun çimərliyi ilə dəniz tətilinə üstünlük verənlərə mükəmməl bir alternativ təqdim edir.
    Ölüdənizdən təxminən 3 km aralıda olan Kıdrak çimərliyi şam ağaclarının içində qumsal ilə dənizin qovuşduğu gözəl bir mənzərə ilə diqqəti çəkir.
    Ölüdəniz Təbiət Parkı olaraq bilinən milli park 1978-ci ildən qapılarını ziyarətçilərin üzünə açmışdır və Kıdrak Meşə Parkı ilə dənizi və ağacları birləşdirir.
    Ölüdənizin yamac paraşütü üçün ən uyğun nöqtəsi adlandıra biləcəyimiz Babadağ, yamac paraşütlərindən təbiət gəzintilərinə qədər bir çox səyahətlərin keçirildiyi bir məkan olaraq diqqəti çəkir.
    Adını yay aylarında bölgədə peyda olan kəpənəklərdən alan Kəpənəklər Vadisi dənizlə sıldırım qayaların qovuşduğu möhtəşəm çimərliyə ev sahibliyi edir. Qayalıqlarında rəngarəng kəpənəklərin olduğu bu vadi heç vaxt unutmayacağınız möhtəşəm mənzərələrə səhnədir.
    Xüsusilə yay aylarında əhalisinin əksəriyyətinin ingilis turistlərin təşkil etdiyi Hisarönü sahil qəsəbəsi kimi səciyyələnir.
    Antik Patara şəhərinin yaxınlığında yerləşən Patara çimərliyi ətraf mühitin ən çox seçilən çimərlik sahəsi kimi tanınır.
    Qeyri-adi təbiət hadisələri nəticəsində yaranan Saklıkent kanyonu çökmə nəticəsində əmələ gələn 18 km uzunluğundakı kanyonu ilə diqqət çəkir. Eyni zamanda kanyon üzərində yer alan terraslar suyun sakitləşdirici səsi ilə müşayiət olunan bu gözqamaşdırıcı mənzərədə nahar etmək üçün ideal alternativ yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR