Azərbaycanda islam dinini təbliq edən çox savadlı ilahiyatçılar var, bu yetəri qədərdi, hətta daha çoxdur, limit və çərçivə yoxdur bu işlə bağlı, televiziya efirləridə hər zaman üzlərinə açıqdır, efirlərə də tez-tez dəvət olunurlar. Bu onu göstərir ki, Azərbaycan dövləti islam dininə xüsusi həssaslıqla və böyük hörmətlə yanaşır. Azərbaycan dövləti bütün dinlərə hörmətlə yanaşır. Azərbaycan dövləti islam dinindən öz maraqları üçün istifadə etmir, sırf Allaha xatir ölkəmizdə din yüksək səviyyədə təbliq olunur, gələcək nəsillərə ötürülür. Dindən əgər hər hansısa şəxslər tərəfindən, şəxsi maraqlar üçün yapışılacaqsa, həmin şəxslər dinə onlara sərf edən məqamları daxil edər, sərf etməyən məqamları oradan çıxararlar istədikləri vaxt. Bəzi ölkələr bunu edir və onlara inanan insanlarında hünərləri çatmır səslərini çıxarmağa.
Bu gün islam dinindən öz maraqları üçün istifadə edən ölkələr çoxdur, dini öz maraqlarına görə təhrif edirlər. O üzdən deyə bilərik ki, islam dini üçün Azərbaycanın öz standartları var, bu standartlardan kənara çıxan şəxslərin dövlətə qarşı başqa niyyət daşıdıqları istisna deyil. Hətta onlar iddia etsələr ki, heç bir başqa niyyətim "yoxdur", bu inandırıcı deyil, hətta bəzilərinin həqiqətən də pis niyyəti "olmasa" belə (nə zamansa, kimlərsə tərəfindən qandırılmış ola, beyinləri yuyula bilər), yenə də islam dininə Azərbaycan standartları ilə yanaşmayan hərkəsin niyyəti ciddi şübhə doğurur, şübhə altına alınmalıdır. Çünkü islam dinini başqa dövlətlər, Azərbaycanın dövlət maraqlarına zidd şəkildə apara bilərlər, aparırlar, bu barədə hətta əsaslı faktlarda var. O üzdən Azərbaycanın dövlət maraqlarını hər şeydən üstün tutan şəxs, islam dinini başqa dövlətlərin təmsil/təbliq etdiyi kimi, təmsil, yaxud təbliq etməz.
Bir çox ilahiyyatçılara baxsaq görərik ki, obyektivdirlər, onlar sırf Allaha xatir dini təmsil/təbliq edirlər, başqa məqsəd güdmürlər. Ola bilər bu qane etmir bəzilərini, yoldan çıxmaq istəyirlər, bilsinlər ki, səhv edirlər, heçnəyə nail ola bilməyəcəklər, Azərbaycan dövləti bu gün çox güclüdür, hər şeyin öhtəsindən təkbaşına gələ bilir, gəlir. Din adı altında əgər başqa məqsəd güdən, Azərbaycan dövlətinin imicinə xələl gətirməyə cəhd edən olarsa, təbii ki, qarşısı alınacaqdır, alınır. Məqsəd Allahın dinini təbliq etmək, insanları düz yola çəkməkdirsə, dövlətimiz tərəfindən bunun üçün artıqlamasıyla şərait və imkanlar yaradılıb, kimsə yaradılan şəraitdən sui-istifadə edəcəksə, cəzasınıda çəkəcəkdir.
Hər bir vətəndaşa tövsiyyə edərdim ki, islam dininə Azərbaycan standartları ilə riayət etsin, uduzmayacaq, Azərbaycan dövlətinin islam dininə yanaşması, əsil Allahın buyurduğu kimidir, buna kimsənin şübhəsi olmasın. İslam dini hər bir şəxsin mənəvi təmiz qalması, düz yola gəlməsi, paklaşması, mənəvi təmizlənməsi üçün nəzərdə tutulan bir dindir, təxribat törətmək, terror törətmək, dövlət çevrilişi etmək üçün deyil. Düşünürəm, bütün müsəlmanlar yalnız Azərbaycan dövlətinin təqdim etdiyi islam dini standartları altında dost, qardaş ola, sülh şəraitində yaşaya bilərlər. Din Allaha xatir təmsil/təbliq olunmalıdır, heç bir təmanna güdmədən, din Allaha "xatir" adı altında Vətənə xəyanət üçün deyil.
Müqəddəs kitab Qurani-Kərimdə də Vətən haqqında ayələr var, bu ayələrdə insana, başqa dövlətin yox, yaşadığı dövlətin maraqlarına xidmət etməli olduğu israrla buyurulur. İslam dinini Azərbaycan dövləti son 30 ildə Azərbaycan xalqına, eyni zamanda dünya müsəlmanlarına nüfuzlu, faydalı din olaraq ən yaxşı şəkildə təqdim etmiş, çatdırmışdır. Azərbaycan dövlət maraqlarına xidmət etməyib islam dinini təmsil, təbliq edən hərkəsin Allaha olan inancı sorğulanmalı, dinə olan inancı sorğulanmalı, şübhə altına alınmalıdır. Hər bir kəs öz vətəninin mənfəəti üçün ciddi çalışmalıdır. Vətənin təhlükəsizliyi naminə, ancaq ordunun və ya müəyyən bir qismin çalışması və digərlərinin isə naz-nemət içində vətən sərvətlərindən istifadə edərək vətənə qarşı olan məsuliyyətlərini boyunlarından atması vətənpərvərlik deyildir.
Mircalal Mehdiyev