Oktyabrın 31-də baş nazir Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə yola düşəcək.
Azadmedia.az Today Yerevan-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Saytın yazdığına görə, Baş nazir Paşinyan Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək, bundan sonra Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü planlaşdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.