AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

  • + A
  • - A
  • 31-10-2022, 12:24

    Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

    Milli Məclisin deputatı Fazil Mustafa 3-cü Avrasiya Hüquq Qurultayında iştirak etmək üçün noyabrın 1-də Monteneqro Respublikasının Budva şəhərinə səfər edəcək.
    MM-dən Azadmedia.az-a verilən məlumata görə tədbir Türkiyə Hüquq Platforması tərəfindən Türkiyə Ədliyyə Nazirliyi, Ankara Universiteti Dəniz Hüququ Milli Araşdırma Mərkəzi, Beynəlxalq Hüquqşünaslar Birliyi və Konstitusiya Hüquqşünasları Dərnəyi ilə birgə həyata keçiriləcək.
    3-cü Avrasiya Hüquq Qurultayı “Dəniz hüququndakı aktual inkişaflar” mövzusuna həsr olunub. Toplantıya 40 ölkədən 300 nümayəndə qatılacaq.
    Deputatımız tədbirdə müzakirə olunacaq mövzu ilə bağlı öz fikirlərini açıqlayacaq.
    Səfər noyabrın 4-də başa çatacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR