AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Konkret qərarlar qəbul etməyə hazırıq" - Paşinyan

  • + A
  • - A
  • 31-10-2022, 18:07

    "Konkret qərarlar qəbul etməyə hazırıq" - Paşinyan


    Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın istənilən vaxt Bakı ilə dialoqa hazır olduğunu bəyan edib.

    AzadMedia.az TASS-a istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, Ermənistan Azərbaycanla regional kommunikasiyaların açılmasında çox maraqlıdır.

    "Biz 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanat əsasında konkret qərarlar qəbul etməyə hər an hazırıq", - Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

    Eyni zamanda o vurğulayıb ki, Ermənistan ərazisində açılacaq kommunikasiyalar İrəvanın tam nəzarəti altında olmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR