AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nərimanov rayonunda şəhid övladının doğum günü qeyd olunub

  • + A
  • - A
  • 1-11-2022, 12:42

    Nərimanov rayonunda şəhid övladının doğum günü qeyd olunub


    Azadmedia.az - YAP Nərimanov rayon təşkilatı tərəfindən Vətən müharibəsi şəhidi Ziyad Muradovun oğlu Muradxan Muradovun doğum günü münasibətilə şəhidin ailə üzvləri ziyarət olunub.

    Belə ki, 31 oktyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və təşkilatın əməkdaşları Vətən müharibəsi şəhidi Ziyad Muradovun ailəsini ziyarət edərək şəhidin oğlu Muradxan Muradovu 4 yaşı münasibətilə təbrik edib, Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

    Anar Abbasov şəhid Ziyadın qəhərəmanlığından danışıb və Azərbaycan xalqının bütün şəhidlərimizlə fəxr etdiyini bildirib. Şəhidin övladına YAP Nərimanov rayon təşkilatının sədri adından hədiyyə təqdim olunub və ona gələcək həyatında uğurlar arzulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR