Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın əldə etdiyi məlumata görə, qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.
Nəqliyyat vasitəsində olan şəxslər “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini Samir adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.