AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev Qarabağdakı məscidlərin timsalında bütün İslam dünyasının, eləcə də İranın qürurunu xilas edib

  • + A
  • - A
  • 3-11-2022, 10:17

    Prezident İlham Əliyev Qarabağdakı məscidlərin timsalında bütün İslam dünyasının, eləcə də İranın qürurunu xilas edib


    Prezident İlham Əliyev Qarabağdakı məscidlərin timsalında bütün İslam dünyasının, eləcə də İranın qürurunu xilas edib. Odur ki, bütün müsəlman aləmi Azərbaycanın dövlət başçısına minnətdar olmalıdır və minnətdardır.

    Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev bildirib. O qeyd edib ki, otuz il ərzində Qarabağ və ətraf rayonlarda məscidlərin ermənilər tərəfindən dağıdılmasına göz yuman İranın, indi aqressiv davranışlar sərgiləməsi anlaşılan deyil: “Otuz il ərzində işğal altındakı Azərbaycan torpaqlarında məscidlərin dağıdılmasını, təhqir olunmasını sakitcə seyr edən İran, eyni zamanda, Azərbaycanın tarixi zəfərindən sonra ölkəmizə münasibətdə xoş olmayan davranışlar sərgiləməkdədir. Qafanda İranın Baş Konsulluğunun açılması istiqamətində atılan addımlar, Ermənistanla İran arasında iqtisadi əlaqələrin sürətlə genişlənməsi fonunda bu ölkənin Araz çayı sahilində təlimlər keçirməsi, ölkəmizlə təhdid dilində danışmaq cəhdi anlaşılmazdır. Az qala bir qərinəyə yaxın müddətdə işğal altındakı torpaqlarımızda ermənilərin məscidləri dağıtmasının qarşısını almaq üçün “barmaq tərpətməyən” İranın, indi sərhədimiz yaxınlığında keçirdiyi təlimlərdə tank, top toplaması gülüncdür. İran bu əzələ nümayişini vaxtı ilə məscidləri təhqir edən erməni faşizmini təhdid etmək üçün ortaya qoysaydı, o zaman onun bu addımını bütün İslam dünyası alqışlayardı. İndiki halda isə bu təlim və bəyanatlar İranı sadəcə gülüş hədəfinə çevirir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR