Daşkənddə Vətən Müharibəsinin Zəfər Qələbəsilə bitməsinin 2-ci ildönümü münasibətilə tədbir keçirilib. Azərbaycanın Özbəkistandakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində deputat işçi qrupunu millət vəkilləri Məşhur Məmmədov, Eldar İbrahimov və Eldar Quliyev təmsil edib. Tədbirdə çıxış edənlər Özbəkistan-Azərbaycan arasında dostluq əlaqələrini və Özbəkistanın Vətən Müharibəsi dövründə Azərbaycanı dəstəkləməsini önə çəkərək gələcəkdə də dostluq və iqtisadi-siyasi əlaqələrin davamlı olacağını qeyd ediblər. Millət vəkili Məşhur Məmmədov təəssüratını Azadmedia.az-a açıqlayarkən tədbirin çox yüksək səviyyədə təşkil edilməsini qeyd edib: "Dost ölkədə qalib tərəfin təmsilçisi olmaq hər birimizi qürurlandırdı. Bizə bu qələbəni, qalibiyyəti yaşadan Ali Baş Komandan İlham Əliyevə və Müzəffər Ordumuza eşq olsun! Vətən üçün canından keçən şəhidlərə Allah rəhmət eləsin!".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.