AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda “Tehran-Araz və Ermənistan Ticarət Palatası” yaradılır

  • + A
  • - A
  • 4-11-2022, 19:07

    İranda “Tehran-Araz və Ermənistan Ticarət Palatası” yaradılır


    Tehran Ticarət Palatasının baş katibi Araz Azad Ticarət Zonasında biznes ofislərinin açıldığı barədə məlumat verib.

    Azadmedia.az iran mediasına istinadən xəbər evrir ki, Tehran Ticarət Palatasının baş katibi Bəhmən Eşqi Araz Azad Ticarət Zonasının rəhbəri Məcid Kiyani ilə görüşdə sözügedən zonada Tehran Ticarət Palatasının və Müstəqil Ticarət Palatasının biznes ofislərinin yaradılması təklifini alqışlayaraq deyib:

    “Qonşu ölkələrin bazarlarında Araz Azad Ticarət Zonasında istehsal olunan məhsulların satış payı əldə etməklə bağlı narahatlıq Araz Azad Zona Təşkilatı, Tehran-Araz Ticarət Palatası və Ermənistan Ticarət Palatasının əməkdaşlığı sayəsində aradan qalxacaq və ən yaxşı səviyyədə həyata keçiriləcək”.

    O, habelə Ermənistanda Araz Azad İqtisadi Zonasının istehsal etdiyi məhsulların xüsusi sərgisinin keçirilməsini vacib adlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR