AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Uşaq hüquqları aylığı” ilə əlaqədar maarifləndirici təlimlər təşkil edilib - FOTOLAR

  • + A
  • - A
  • 4-11-2022, 20:46

    Masallıda “Uşaq hüquqları aylığı” ilə əlaqədar maarifləndirici təlimlər təşkil edilib - FOTOLAR



    “Uşaq hüquqları aylığı” ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzi və “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin müəllimləri tərəfindən Masallı rayonu 4 saylı Digah Sakit Tağıyev adına tam orta məktəbdə uşaq hüquqlarının müdafiəsinə dair maarifləndirici təlimlər təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, təlim zamanı şagirdlərə uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquqi müdafiə vasitələri haqqında məlumat verilib, ayrı-seçkiliyin formaları və onunla mübarizə üsulları, uşaqların istismar, sui-istifadə, laqeyd rəftar və zorakılıqdan müdafiəsi, erkən nikah, uşaq əməyi, zərərli təsirlərdən mühafizə məsələlərinə toxunulub.

    Bununla yanaşı şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra tədbirlər həyata keçirilir.

    Təlim uşaqların fəal iştirakı ilə müzakirə şəklində keçirilib, onların fikirləri öyrənilib, uşaqları maraqlandıran suallar cavablandırılıb.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR